adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
18 Sentyabr 2019 11:21
23871
MARAQLI
A- A+

Hindistanda "buynuzlu" şəxsi əməliyyat etdilər

Hindistanda qeyri-adi cərrahiyyə əməliyyatı edilib.

Madxya-Pradeş şatının Saqar şəhərində pasiyentin başından çıxmış buynuz kəsilib. "Şeytan buynuzu" adlandırılan bu törəmənin 10 santimetrdən böyük olduğu qeyd edilir.

Həmin şəxsin sözlərinə görə, öncə şiş o qədər də böyük olmayıb, daha sonra böyüyərək ona narahatlıq yaradıb. Ona görə də o, həkimə müraciət edərək "buynuz"dan xilas olmağa qərar verib.

Həkimlərin dediyinə görə, əməliyyat uğurlu keçib.(trend)