adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
18 Sentyabr 2019 10:30
21766
ƏDƏBİYYAT
A- A+

Əbülfət MƏDƏTOĞLU: HİPOKRAT KÖLGƏSİNDƏ YAZILAN ŞEİR

Bu gün yenə
ütülənmiş
Hipokrat kölgəsində...
xəstəxana növbəsində
həkimlər qadağalar
qoyur...

Acgöz dərmanlar
beşəlli
kasıb cibimi soyur...

Yenə
bir az da cox
səslənir
təsəllilər...
və " Ağıl" verən
sözlər...

Belə vaxtda
gözümdən sürüşər
ütülü halımdan
qayğılanmış,
dibi
bulanmış
gözlər...

Mən
kədər adamı
olduöumdan
bilirəm ki,
xəstəxana növbəsindəki
ütülət -
sürər... sürər və...
sevdiklərim ücün də
səssizcə
sınmaqla bitər...
Hipokrat da
növbəti işinin
ardınca gedər!..