adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
17 Sentyabr 2019 18:02
9828
HADİSƏ
A- A+

Gəncədə marketin qarşısında raket aşkarlanıb

Sentyabrın 17-də saat 12:16-da Daxili İşlər Nazirliyinin 102 - Zəng Mərkəzi Xidmətindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Gəncə şəhəri Kəpəz rayonunun N.Nərimanov prospektindəki "AL market”in qarşısında tikinti işləri aparılarkən mərminin tapılması barədə məlumat daxil olub.

ANAMA-dan bildiriblər ki, məlumata əsasən agentliyin xüsusi mobil çevik əməliyyat qrupunun və Gəncə Şəhər Baş Polis İdarəsininKəpəzRayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polis tərəfindən əhatəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 73 millimetrlik PQ-9 raketi aşkarlanıb və zərərsizləşdirilməsi üçün götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Raketin tapıldığı yerin ətrafında 250 kvadratmetr əraziyə baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.