adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
17 Sentyabr 2019 13:14
87544
HÜQUQ
A- A+

Şəkidə attraksiondan yıxılan qızla bağlı cinayət işi başlanıb

Şəkidə yeniyetmə qızın attraksiondan yıxılması faktı ilə bağlı cinayət işi başlanıb.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov məlumat verib.

2003-cü il təvəllüdlü Xəyalə Durmuşovanın Şəki rayonundakıistirahət parkında yıxılaraq bədən xəsarətləri alması faktı ilə bağlı Şəki rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.1-ci (səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanıb.

İş üzrə hadisə yerinə baxış keçirilməklə şahidlər dindirilib və müvafiq ekspertizalar təyin olunub.

K.Zeynalov bildirib ki, işintəfərrüatıtam və hərtərəfli araşdırılmaqla təqsirli şəxslərin müəyyən olunaraq əməllərinə hüquqi qiymət verilməsi təmin ediləcək.(oxu.az)