adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
17 Sentyabr 2019 11:57
40890
GÜNDƏM
A- A+

ÖMƏR FAİQ NEMANZADƏ QƏZET HAQQINDA

«Qəzet aləmin güzgüsüydü. Qəzet zəmanənin ən kəskin qılıncıydı. Qəzet indiki cismi- həyatın ruhuydu, qəzet ən nüfuzlu, təsirli vaiziydi. Qəzet hər millətin ölçüsü, mizanıydı. Qəzet məmləkətin hamisi, vəkili, advokatıydı».

Ömər Faiq bəy bunu yazanda keçmiş zamanda yazmayıb. Belə yazıb: «Qəzet aləmin güzgüsüdür. Qəzet zəmanənin ən kəskin qılıncıdır. Qəzet indiki cismi- həyatın ruhudur, qəzet ən nüfuzlu, təsirli vaizdir. Qəzet hər millətin ölçüsü, mizanıdır. Qəzet məmləkətin hamisi, vəkili, advokatıdır». Görünür, Ömər Faiq bəyin zamanında beləymiş.