adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
17 Sentyabr 2019 10:33
20520
ƏDƏBİYYAT
A- A+

Əbülfət MƏDƏTOĞLU: BÜTÜN GÜNAHLAR...

Əsəbini gücə salıb
ürəyini oxlayırsan...
öz- özündən qisas alıb -
dözümünü yoxlayırsan...

Düşünürsən , dönüb gedər
qoşalaşmaz bir də bu yol...
bir kibrit tək sönüb gedər -
başlar - bitər pirdə bu yol....

Zaman ötür - dən çoxalır
hisslər də budanır hərdən
ürək də aşkar yuxalır -
başına fırlanan pərdən!

Bütün bunlar bil qacılmaz
olacaqlar hələ öndə...
qərar vermə - tay acılmaz -
olmayacaq belə gün də!..

Könlün hər nə var böləcək
təkcə gün ahından başqa...
bütün günahlar öləcək -
sevgi günahından başqa!..