adalet.az header logo
  • Bakı 12°C
16 Sentyabr 2019 17:24
10656
SAĞLAMLIQ
A- A+

Mərkəzi Gömrük Hospitalının həkimlərinin elmi məqaləsi ABŞ-da dərc olunub

Mərkəzi Gömrük Hospitalın ümumi cərrahiyyə şöbəsinin rəisi Namiq Novruzov, radioloqu Emin Məmmədov və Azərbaycan Tibb Universitetinin professoru Nuru Bayramovun "Elsevier” nəşriyyat evinə daxil olan nüfuzlu "Transplantation Proceedings” jurnalının 2019-cu ilin sentyabr nömrəsində "Potensial canlı qaraciyər donorlarında qaraciyər parenximasının preoperativ dəyərləndirilməsi” adlı elmi məqaləsi ingilis dilində dərc olunub.

Hospitaldan verilən məlumata görə, "Elsevier” dünyanın ən nəhəng nəşriyyat evlərindən biri olaraq hər il dünyada nəşr olunan bütün jurnalların məqalələrinin dörddə bir hissəsini çap edir. "Elsever” nəşriyyat evi 15 milyondan çox oxucunu əhatə edir. 1880-ci ildə Hollandiyanın Amsterdam şəhərində əsası qoyulan bu nəşriyyatın Böyük Britaniyada, ABŞ-da, Braziliyada və digər ölkələrdə filialları fəaliyyət göstərir.

Məqalədə canlıdan qaraciyər transplantasiyası zamanı potensial donorların seçilməsində radioloji görüntüləmənin rolu barədə məlumat verilir. Kompüter tomoqrafiyası donor qaraciyərinin parenximasında yağ infiltrasiyasının dərəcəsinin qiymətləndirilməsini, qaraciyərin həcminin ölçülməsini, damar anatomiyasının müəyyənləşdirilməsini təmin edir. Azərbaycanlı müəlliflərin qənaətinə görə qaraciyər transplantasiyası üçün donor kimi müayinə olunan hər 10 namizəddən 8-dən multidetektorlu KT nəticələrinə əsasən imtina edilmişdir.

Məqalə spesifik mövzu olan qaraciyər transplantasiyası və donor seçimi mövzunu əhatə etdiyi üçün məqalənin tam mətnini jurnalın elektron səhifəsindən izləyə biləcəyiniz linki nəzərinizə çatdırırıq:

https://www.sciencedirect.com/science/article/abs/pii/S0041134519302350