Repititor bayramı - Nicat Novruzoğlu yazır

NİCAT NOVRUZOĞLU
68403 | 2019-09-17 09:58

Yeni dərs ili başladı. Sentyabrın 15-i bazara düşdüyündən davamçılarımızbir gün sonra sentyabrın 16-sı üztutdular orta və ali məktəblərə. Sentyabrın 15-nin bazara düşməyi heç yaxşıolmadı. Bazar hara təhsil hara? Təhsilin ortası kulikumdur, alisi isəbaloniya. Bazar nə bilir ki, kulikum nədir, baloniya nədir.

Amma neyləsək də təhsilə başlamaq üçün bazardankeçməliyik. Və keçdik də.

Qiymətlər bahadır. Həm də çox baha. Qiymətlərbizi təhsilsiz qoya bilməz. Qiymətləri təhsillənmək üçün tapdaladıq. Tapdaladıqki, təhsilli olub özümüzü qiymətləndirək.

Yeni məktəb, yaraşıqlı müəllimlər, şagirdlər, tələbələr...Səslənən musiqi, sevincli valideynlər, gül bağlamaları... Ölümsüzləşdirirk.

Şou bitdi. Təhsilli günlər başladı.

Növbəti mərhələ. Uşağa müəllim tutmaq lazımdır. Uşaqoxuyur, amma çatdıra bilmir. Bunu müəllim deyir. Valideyin də təsdiqləyir. Vənecədirsə hamının uşağı çatdıra bilmir. Və hamının uşağının çatdırmasından ötəriəlavə müəllim lazımdır.

Müəllim məktəbdə var. Dərs də keçir. Dövlətdənmaaş da alır. Məvacibi qənaətbəxşdir. Amma əlavə müəllim də lazımdı. O uşaqlaraıdaha da öyrədəcək. Əlavə müəllim də elə həmin müəllimdi. Hansı ki yuxarıdadediyini yazmışam. O, məktəbdən dərsinidediyi uşaqları təzədən evinə çağırıb dərs öyrədəcək. Niyə? Elə məktəbdə bütünbildiklərinə şagirdləri yiyələndirə bilməzsən?

Bu bir virusdur. Bütün insanlarımıza hansıyollasa keçib. Müəllim də, valideyin də bu virusa təslim olub. Repititorvirusu.

Müəllimlər virus əleyhinə vaksinlərdən istifadəetmirlər. Heç onları məcbur edən də yoxdu. Onlar bu virusla yaşayırlar, həm dəyaşayırlar.

Virusdan xilas yolu var. Virusdan qurtulmağınyolu vaksinləri müəllimlərə vurmaqdır. Onlar sağalmasa biz də sağalmarıq. Çünkivalideyinlər bu virusa müəllimlərdən yoluxur.

Şagird bir az orda, bir az burda oxuyubgirdi aliyə. Ora-bura pul tökənvalideyini hamı təbrik edir. O da çəkdiklərini və xərclədiklərini düşünüb bir"nəhayət” ahı çəkir.

Ali pulludu. Pulsuszu da var. Əslində elə pulsuz olmalıdı. Amma pulsuzheç nəyin ləzzəti yoxdu. Pulsuz olanın qədrini bilmirik.

Təhsil haqqı haqqımızdırmı?Haqqın üzərində aparılan islahatlara 5. Çaşdım indi 5-i 10 əvəz edir.Sentyabrın 1-ni 15-i əvəz etdyi kimi. Elə ona görə də 10. 10-u dırnağasalıram-"10”. Bu il bu haqqı ödəyə bilməyən nə qədər orta məktəb məzunu tələbəstatusundan imtina etdi? Məcburiyyət.

Pul təhsilin yox təhsil pulun qarşısını kəsməlidir. Təhsil ocaqlarınınqapılarında dayanan qarovulçu kimi. Bizi ocaqdan qoruyur. Yanmayaq deyə.Yanmışın ocaqdan nə qorxusu.

Yeni repititor iliniz mübarək!



TƏQVİM / ARXİV