adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
16 Sentyabr 2019 16:20
13373
SİYASƏT
A- A+

Türkiyənin Vitse-prezidentindən Qarabağ açıqlaması

Türkiyə və Azərbaycan ortaq tarixə malik, hər zaman sevincləri və kədərləri birgə bölüşən qardaş ölkələrdir. Biz iki dövlət, bir millətik.

Bu sözləri Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktay Hökumətlərarası Komissiyanın 8-ci iclasındakı çıxışında bildirib.

Dost, qardaş Azərbaycana səfərindən məmnunluğunu ifadə edən Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktay Hökumətlərarası Komissiyanın 8-ci iclasının Türkiyə-Azərbaycan iqtisadi əlaqələrinin hazırkı vəziyyətinin dəyərləndirilməsi və əməkdaşlığın yeni istiqamətlərinin müəyyənləşdirilməsi baxımından uğurlu olacağına əminliyini bildirib.

"Biz Azərbaycan və Türkiyə arasında mövcud dostluq münasibətlərini iqtisadi-ticari sahədə daha da genişləndirmək niyyətindəyik”,- deyə Vitse-prezident diqqətə çatdırıb.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə toxunan Fuat Oktay Türkiyənin bu problemin qardaş Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində həllini hər zaman dəstəklədiyini vurğulayıb.(azvision.az)