adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
16 Sentyabr 2019 16:15
27882
İDMAN
A- A+

UEFA “Qarabağ”ın hesabına 4 milyona yaxın avro köçürüb

"Qarabağ”ın 2019-2020-ci il mövsümündə UEFA Avropa Liqasının qrup mərhələsində iştirakı ilə əlaqədar UEFA tərəfindən ayrılmış vəsait Ağdam təmsilçisinin hesabına köçürülüb.

Adalet.az-ın məlumatına görə, 2 milyon 750 min avronun köçürülməsi AFFA-nın vasitəsilə gerçəkləşib. Vəsait turnirin qrup mərhələsində iştirak edən 48 klubun hər biri üçün ayrılır.

Bundan əlavə, "Qarabağ"ın son 10 ildə avrokuboklarda göstərdiyi nəticələrə əsasən müəyyənləşmiş əmsala görə UEFA-nın ayırdığı 1,142,880 (bir milyon yüz qırx iki min səkkiz yüz səksən) avro vəsait də "Qarabağ”ın hesabına köçürülüb.