adalet.az header logo
  • Bakı 21°C
16 Sentyabr 2019 14:14
24238
ƏDƏBİYYAT
A- A+

Əbülfət Mədətoğlundan yeni şeir: SEVİNİR






















Trabzonda, yəni onun Macka bölgəsində bir kənd var... Atasu kəndi...kəndi piyada sərsəri kimi dolaşdım... və bir talada özümü unudub cökdüm... İlahi, bura sanki Kəlbəcərin, Lacının, Şuşanın... Ağdərənin...Tuğun bir parcası idi

Suyu damla- damla dumandan əmən
Dağlarda həməndi, duman da həmən...
Mənə sarılmağa bəzənmiş cəmən -
Baxmaqdan doymuram - gözüm sevinir...

Canlanır ruhumda dağım - daşım da
Dolaşır necə cür fikir başımda...
Qardaş məmləkətdə qoca yaşımda -
İcimdə qaralan közüm sevinir..

Ruhum qanadlanır, qəlbim atlanır
Önümdə dərd cökür, kədər qatlanır...
Canım təpərlənir və inadlanır -
Ayaqda saxlayan dözüm sevinir...

Bənzəyir bu yerlər nur pətəyinə
Uzatsan yetişər əl ətəyinə...
Bir anlıq Sus!- deyib qəm tütəyinə -
İstədim bağıram - sözüm sevinir!

Nə xoşdu ziyarət fikir bölənə
Zikir bacarana, zikir bölənə...
Əlimi acmışam , Şükür!- bölənə -
Əbülfət qədər də özüm sevinir!..