adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
17 Sentyabr 2019 10:13
32001
İDMAN
A- A+

«NEFTÇİ» VƏ QURBAN PİRİMOVUN TARI

Qurban Pirimovun Ağdamda iki tarı vardı – birini Rəmiş uşaq olanda ona bağışlamışdı, sonralar da Rəmiş toyda onu kiminsə başına çırpdı. Bu barədə ayrıca bir yazım olduğu üçün yenidən təkrar etmək istəmirəm. Birini də kimə bağışlamışdısa, sonradan satmışdı. Və həmin tar 3-4 min arası qiymətlə əldən-ələ gəzirdi. Yəni tarzənlər fors üçün bu tar üstdə bir-birini qırırdılar.

Ağdamda görkəmli bir muğam müəllimi vardı, Məşədi Nəriman. Hamının da qabiliyyətinə bələd idi. Bir gün Məşədi Nərimana deyirlər:

- Məşədi, eşitdin, Qurban əminin tarını indi də Filankəs müəllim aldı.

Məşədi Nəriman başını bulayıb deyir:

- Ay bala, o tarın bəxti yoxdu ey, hələ Qurban əmidən sonra bir çalan əlinə düşməyib.

İndi «Neftçi», Qurban əminin tarı kimi , hamımız üçün əzizdi. Və Qurban əminin Ağdamdakı tarı kimi «Neftçi» də əldən-ələ gəzir. Və son illər hələ bir «çalan» əlinə düşməyib.

Bordin, sənin də sabahın xeyir olsun!