Bir dövlət, iki sistem - Mehman Cavadoğlu yazır

MEHMAN CAVADOĞLU
73691 | 2019-09-17 17:58

Bir neçə aydır ki, hər bazar günü dünyanıncənnət guşələrindən biri olan Honkonqda əsl cəhənnəm yaşanır. Mart ayındaəvvəl-əvvəl dinc nümayişlər şəklində başlayan aksiyalar bir neçə aydan sonraaqressivləşməyə və məcrasından çıxdı. Polislə toqquşmalar, barrikadalar,yanğınlar, həbslər, dağıntılar… və s. Bir sözlə, məcrasına sığmayan bütünetiraz aksiyalarında yaşananlar burda da təkrarlanmağa başladı.

Etirazaksiyaları şəhərinqanunvericiorqanındahazırlananbirqanunlayihəsinə etiraz əlamətiolaraqtəşkiledilmişdi. Qanunlayihəsi qəbul olunacağı təqdirdə yerlihökumətin axtarışda olan və Honkonqun ərazisində yerləşən şəxsləri tutub özölkələrinə geri qaytarmaq imkanı olacaqdı. Eksdradisiya məsələsi, adətən,dövlətlər arasında bağlanan ikitərəfli müqavilələrlə tənzimlənir. Burda isəsöhbət Honkonqun eksdradisiya barədə müqaviləsi olmayan ölkələrin, o cümlədənÇinin və Tayvanın vətəndaşlarından gedir. Çin də, Tayvan da çinlilərindövlətidir və Çinin xüsusi inzibati rayonu olan Honkoqu da hələlik şərti vəfaktiki olaraq ayrı dövlət saysaq bunlar "bir millət üç dövlət”dilər.Yəni, ən azı 2047-ci ilə kimi Tayvan müdafiə və xarici siyasət məsələləriistisna olmaqla bütün digər məsələlərdə Çindən öz müstəqilliyini tam qoruyubsaxlayacaq. Ondan sonra isə gələcək göstərər, Honkonq Çinə, yoxsa Çin Honkonqatam şəkildə birləşəcək.

İngilislər260 adadan ibarət Honkonqu 1842-ci ildə işğal eləmiş, onun "Yeni ərazi”adlanan hissəsini isə 1898-ci idə 99 illiyə icarəyə götürmüşdülər. Bu, ərazicəAzərbaycanın ortabab rayonlarından biri boyda, əhalicə Azərbaycanın əhalisinəyaxın, ümümi daxili məhsulun həcminə görəsə Azərbaycandan təxminən beş dəfəböyük olan bir yerdir.

İcarəmüqaviləsinin vaxtı bitdiyinə görə 1997-ci ildə ingilislər Honkonqu Çinə"Bir dövlət iki sistem” prinsipiylə geri qaytarır. Bir şərtlə ki, 50 ilmüddətində geniş səlahiyyətlərə malik, yəni yuxarıda dediyimiz kimi müdafiə vəxarici siyasətdən başqa bütün sahələrdə tam muxtar bir inzibati rayon olacaq,2047-ci ilə qədər "bir dövlət iki sistem” prinsipiylə baş-başa veribyaşayacaqlar.

Honkonq(şərti olataq ölkə deyək) nəinki Çinin, bütövlükdə Asiya və Sakit Okeanregionunun ən zəngin ölkələrindən, Çin Respublikası (Tayvan), Cənubi Koreya,Sinqapurla birlikdə Asiyanın iqtisadi inkişaf baxımından "dördəjdahası”ndan biri sayılır. Bütün bunlara isə zəngin təbii ehtiyatlarına,tutalım, Bruney sultanlığı kimi neftin hesabına nail olmayıb. Məhdud təbiiehtiyatlara və torpaq sahəsinə malik bu balaca diyarın belə bir iqtisadinəhəngə çevrilməsinin artıq dilləri yağır etmiş çox sadə bir səbəbi var:sərbəst bazar, iqtisadi azadlıqlar, dövlətin iqtisadiyyata müdaxilə etməməsi.

Hazırdaçinlilər bizdə çox populyar olan bir ifadəylə desək, "bir millət, üçdövlət”dən ibarətdir. Böyüklüyündən, ya kiçikliyindən asılı olmayaraq budövlətlərin üçü də iqtisadi cəhətdən çox güclüdür. Demoqrafik fəlakətucbatından əhalisinin mühüm hissəsi hələ də aclıq və səfalətdən əziyyətçəkməsinə, qastarbayterlər kimi dünyanın hər yanına səpələnməsinə baxmayaraq,bu üçlüyün ən böyük dövləti olan Çin Xalq Resbublikası isə öz iqtisadi inkişafsəviyyəsinə görə artıq dünya ikincisidir və sözün həqiqi mənasında ABŞ-ınyuxusuna haram qatıb.

TayvanlaÇXR arasındakı davanın kökü İkinci Dünya Müharibəsindən sonra bu ölkədə başvermiş hadisələrə dirənir. Bəs, Honkoqun davası nədir? Ürəklərində az qala ikiəsrlik Vətən və Qardaş həsrəti daşıyan bu toplum nədən eksdradisiya ilə bağlısıradan bir qanun layihəsinə bu qədər sərt münasibət sərgiləyir? Axı, dediyimizkimi iqtisadi baxımından "böyük qardaş”ın da işləri yaxşı gedir və o da buiqtisadi yaksəlişə təbii resurslar yox, iqtisadi sahədə verdiyi azadlıqlarhesabına nail olub. Hətta dünya idarəçilik sistemində indiyədək mövcud olmayanbir fenomenə imza ataraq sərt siyasi diktatura rejimində azad iqtisadi sistemyaradıb və qısa müddət ərzində fantastik nəticələr əldə edib. Bu elə birfenomendir ki, politoloq və iqtisadiyyatçılar nə qədər baş sındırsalar da hələki, bu cür idarəçilik sisteminə konkret bir ad tapmaqda çətinlik çəkirlər.

Ammabütün bunlar Honkonqlu həmvətənləri o qədər də ilgiləndirmir. Çünki ingilisləradaya təkcə iqtisadi azadlıqlar, yəni pul və maddi rifah yox, həm də siyasiazadlıqlar, qanunun aliliyi, yəni adam balası kimi yaşamaq vərdişləri gətirib.Belədə artıq "vətən həsrəti”, "qardaş nisgili” kimipoetik-sentimental ah-uflar, "güclü ölkə”, dövlətçilik”, "dərindövlət” və s. bu qəbildən olan siyasi-demoqoji şüarlar işə yaramır.

RəsmiPekin Honkonqda baş verən hadisələri "Amerika və ingilis barmağının” işisayır. Təzə söhbət deyil. Bu "barmaq məsələsi”, yəni işləri bir balacaəyilən kimi güzgüyə baxmaq əvəzinə xəritəyə boylanmaq bütün diktatorların,avtoritar və totalitar rejim başçılrının ən sevimli arqumentidir.

Ötənəsrin sonlarında icarə müddəti başa çatarkən ingilislər Honkonqu geriqaytarmağa tərəddüd etmədilər. Baxmayaraq ki, bunun üçün yetərincə formaləsaslar var idi. Ən azından, həmin icarə müqaviləsini bağlayan tərəflərdənbiri, Sin imperiyası artıq mövcud deyildi və Çinin indiki hakimiyyəti özününəinki həmin imperiyanın, hətta ondan sonra Çində mövcud olan bir neçə digərdövlətin varisi saymırdı, hətta onları qatı düşməni hesab edirdi.

İngilislərtəhvil-təslimlə bağlı Honkonq əhalisi arasında referendum da keçirmədilər.Halbuki bu yolla istədikləri nəticəni asanlıqla əldə edə bilərdilər.Honkonqlular könüllü olaraq özlərini "Böyük qardaş”ın ağuşuna atmağa səsverməyəcəkdi. Adamlar onların hər addımını bitdə-bitdə izləyən böyükqardaşlarını (C. Oruel) sevmirlər.

İşdi şayət, bir günÇXR vətəndaşları və Honkonqlular arasında kimin kimə birləşməsi barədəreferendum keçirilsə, yəqin ki, Çin Honkonqa birləşəcək. Odur ki, 2047-ci ildəkimin kimə birləşəcəyi haqqında yuxarıda söylədiyimiz ehtimalı çox daqəribçiliyə salmaq lazım deyil. Baş tutan işdir. Sadəcə, yetər ki, həminreferendumu ingilislər keçirsinlər. Onda təkcə "Könüllülər marşı” əvəzinə"Tanrım, kraliçanı qoru” sədaları tək Honkonqu yox, ingilislərdən daha qədimtarixə və daha zəngin mədəniyyətə malik olan bu çoxmilyardlı ölkənin hərtərəfini bürüyəcək. Çünki XXI əsrin insanı başqa dəyərlərin təşnəsindədir.


TƏQVİM / ARXİV