adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
16 Sentyabr 2019 12:35
10058
GÜNDƏM
A- A+

Bu şəxslərə akademiya təqaüdü veriləcək - YENİLƏNİB

Bu ildən Azərbaycan Milli Elmlər Akademiyasının magistraturasına qəbul imtahanlarında 112-dən yüksək bal toplayanlara akademiya təqaüdü veriləcək.

Trend-in məlumatına görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik katibi vəzifəsini icra edən Əminağa Sadıqov deyib.

A.Əlizadə deyib ki, təqaüdlərin verilməsi tələbələrin elm və təhsilə olan marağını artırmaqla yanaşı, eləcə də onların sosial durumunu daha da yaxşılaşdırmaq məqsədi daşıyır: "Artıq AMEA-nın yataqxanası magistrantların sosial şəraitinin yaxşılaşdırılması üçün öz imkanlarını səfərbər edib. Bu tendensiya davam etdiriləcək və növbəti mərhələdə innovativ dissertasiya mövzularını dəstəkləmək üçün "tələbə qrantı”nın da elan edilməsi nəzərdə tutulur”.

Onun sözlərinə görə, bu il akademiyada magistraturaya qəbul imtahanlarında 18 yer boş qalıb.

"Akademiyanın magistraturasına olan maraq qəbul yerlərinin demək olar ki, tam dolmasına səbəb olur. Bəzi yerlərin vakant qalmasının səbəbi isə qəbulun yeni müasir ixtisaslar üzrə aparılması və həmin ixtisaslar üzrə bakalavriat səviyyəsində qəbulun aparılmamasıdır".

Ə.Sadıqov qeyd edib ki, bu ixtisaslar üzrə bakalavriat səviyyəsində qəbulun aparılması üçün işlər aparılmalıdır.

Qeyd edək ki, bu il AMEA-nın magistraturasına qəbul imtahanlarında ən yüksək balı - 134 bal toplayan bakavr riyazi analiz ixtisası üzrə təhsil alacaq.