adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

Həvva olan yerdə şeytana nə hacət? - Eminquey yazır

17512 | 2019-09-16 11:57

Adəmlə Həvvanışeytanın aldatdığına inanırsız? Ay canım, cəfəngiyatdı. Həvva olan yerdəşeytana nə hacət? Qadın əhlidi e bu. Qışın oğlan çağında kişiyə dənəsi 50manata alça aldıran varlıqlardı e. İndi bir Adəmə alma yedirtmək nəmənə şeydiki?

Södanınaçarı sinəsinə qoyub "Moşik, gəl özün götür" deməyini yadınıza salın.Lap elə sevgilisindən ən kreativ evlilik təklifləri gözləyən, 8 minlik gəlinlikaldıran qadınları xatırlayın. Yadınıza düşəcək ki, qadın kişiyə ən çətinsınaqlarla sevgisini sübut etmək şansı verir.

İndi qayıdaqAdəmlə Həvvaya. Sizcə, onlar bir-birilərindən heç küsmədilərmi? Heç olmadımıki, Həvva qaşlarını düyünləyib Adəmə baxsın və desin ki, niyə əncir yarpağınıgeyinməmişdin? Kimə göstərirsən? Kiminlə xəyanət edirsən mənə? Hə, qadın çox çətinvarlıqdı. Dünyada bir tək özüdü qadın, amma yenə qısqanmağa bir şey tapar vəburnunu sallayıb küsər. Vay Adəmin halına!

Bir gün, ikigün, üç gün, axırda məcburdu da Həvvanın könlünü almağa. Bu ərəfədə də Allahbunları yanına çağırıb almadan yeməyi qadağan etdimi? Etdi. Vəssalam! Həvvanın əlinəfürsət düşmədimi? Düşdü! Həvva Adəmə bir şərtlə barışacağını deyər. Adəm oalmanı dərib gətirməli və onunla birgə yeməlidi. Bilirsiz də, işin sonunda Həvvalıgecələr var, neyləməlidi? Həvvanın dediyini etməlidi. Elə də olur və Adəmlə Həvvacənnətdən qovulurlar.

Nə ilan,başınıza dönüm?! İlan Həvvanın Allahın hüzurunda özünü haqlı çıxarmaq üçünuydurmasıdı. "Lənət ilana, aldatdı məni". Və milyon illərdi ilan dərisindənçanta, ayaqqabı geyinməklə özünü isbat etməyə çalışır qadınlar. Ki, yəni hə,ilan qadını aldatdığı üçün qadın da ilandan qisas alır.

Vəssalam,şüttamam!


TƏQVİM / ARXİV