adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
16 Sentyabr 2019 12:00
12864
GÜNDƏM
A- A+

Elməddin Sərdar: Anam Ağdamı soruşanda ölüb yerə girirəm...

Qarabağ ...

Qarabağ kafesi. Laçın koridoru, Şuşa restoranı, Ağdam kafesi, çayxanası, ta nə bilim nələr. İndi də metroya ad fikirləşin, nə qoyursuz qoyun. Neyniyirsiniz eləyin. Amma Qarabağ işgalda inim-inim inləyir. Dad-fəryad eləyir. Biz hələ də Bakıda Qarabağı nələrdəsə axtarırıq. Yaddaşımızdan silin belə-belə Qarabağı. Adiləşdirin "Qarabağı". Hər yerdə Qarabağ olsun, kafesilə, barı ilə, restoranı ilə. Amma Qarabağın özü olmasa da olar ? Utanıram, çox xəcalət çəkirəm. Döyüş başlasın, xəcalətdən çıxaq, gedək barı ölək. Anam xəstədir, hər gün məndən Ağdamı soruşur ki, oğul nə xəbər var? Ölüb yerə girirəm, nə deyim?! Bax, Vətənsiz ölürük...