adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
16 Sentyabr 2019 10:32
14525
SİYASƏT
A- A+

Gürcü nazir Bakıya danışıqlara gəlir

Bu gün Gürcüstanın İqtisadiyyat və davamlı inkişaf naziri Natia Turnava Azərbaycana rəsmi səfər edəcək.

Səfərin məqsədi Azərbaycanla Gürcüstan arasında iqtisadi münasibətlərin, əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsinə dair fikir mübadiləsi aparmaqdır.

Səfər çərçivəsində Azərbaycan-Gürcüstan hökumətlərarası komissiyasının növbəti iclasının keçirilməsi müzakirə ediləcək. Bundan əlavə, Gürcüstan nümayəndə heyətinin Bakıda bir sıra görüşlər keçirəcəyi nəzərdə tutulub.

Qeyd edək ki, səfər iki gün davam edəcək.(azvision.az)