Azərbaycan Cenevrədə beynəlxalq tədbirdə təmsil olunacaq
Sentyabrın 16-da Milli Məclisin deputatları Məlahət İbrahimqızı və Kamran Bayramov İsveçrə Konfederasiyasının Cenevrə şəhərinə səfərə yola düşəcəklər.
Trend-in məlumatına görə, səfərin məqsədi Silahlı Qüvvələr Üzərində Demokratik Nəzarət üzrə Cenevrə Mərkəzinin tədbirində iştirak etməkdir.
Deputatlarımız "Şərqi Avropa və Orta Asiya təhlükəsizlik sektoruna parlament nəzarəti” mövzusuna həsr olunmuş seminarda iştirak edəcək, fikir mübadiləsində ölkəmizin maraqları mövqeyindən münasibət bildirəcəklər.
Səfər sentyabrın 19-da başa çatacaq.
Digər Xəbərlər
19 Aprel 2024 19:37
“Bakcell”in Baş İcraçı Direktoru Xankəndidə jurnalistlərlə görüşüb - FOTOLAR
19 Aprel 2024 17:22Vilayət Eyvazov Kollegiya iclası keçirdi - FOTOLAR
19 Aprel 2024 11:19İsmayıllıdakı bazarda nöqsanlar aşkarlandı
19 Aprel 2024 10:17“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır
18 Aprel 2024 15:06