adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
14 Sentyabr 2019 14:01
10227
MƏMLƏKƏT
A- A+

AQTA : Yararsız qida satanlara qarşı tədbirlər davam etdiriləcək

Sentyabrın 14-də Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində (AQTA) regional bölmə rəhbərlərinin iştirakı ilə iclas keçirilib.

AQTA-dan verilən məlumata görə, tədbirdə insan sağlamlığı üçün təhlükə yarada biləcək qida məhsullarının istehsalı, emalı və satışı, habelə mənşəyi məlum olmayan heyvan mənşəli qidaların dövriyyədən çıxarılması istiqamətində həyata keçirilən tədbirlərin gücləndirilməsi ilə bağlı müzakirələr aparılıb, müvafiq göstərişlər verilib.

Qeyd olunub ki, bundan sonra da mənşəyi məlum olmayan, insan istehlakı üçün yararsız qida məhsullarının dövriyyəsi ilə məşğul olan sahibkarlara qarşı hüquq-mühafizə orqanlarınının iştirakı ilə qanunvericiliyə uyğun olaraq ən sərt tədbirlərin görülməsi davam etdiriləcək.

Bununla yanaşı ictimai iaşə və heyvan mənşəli məhsulların emalını həyata keçirən sahibkarlıq subyektlərinin yalnız baytarlıq nəzarətindən keçmiş məhsullardan istifadə etmələri istiqamətində təlimatlandırılması, onlarla keçirilən maarifləndirmə tədbirlərinin sayının artırılması qərara alınıb.