adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
14 Sentyabr 2019 12:51
22160
ƏDƏBİYYAT
A- A+

Əbülfət Mədətoğlundan yeni şeir: SƏNƏ

Görüş umdum Haqdan an,
Mən kiməmki, haqq danam...
Bir elçiyəm, Haqdanam -
Özümdən özüm sənə!

Ömür bitən bir andı
Sənsizdirsə - virandı..
Sına səbri - inandır -
Bitməz heç sözüm sənə!

Dünyaca günahları
Yıx boynuma ahları...
Açılan sabahları -
Qoy baxsın gözüm sənə!

Cığırın , ya izin ver,
Baş qoymağa dizin ver...
Sən dözmürsən, izin ver -
Ölüncə dözüm sənə!

Ömür - an yonqarıdı
Yaşamın son qarıdı...
Xatirə tonqalıdı -
Külüm, həm közüm sənə!..