adalet.az header logo
  • Bakı 19°C
14 Sentyabr 2019 11:08
26304
DÜNYA
A- A+

Tramp: Misir Prezidenti mənim sevimli DİKTATORUMDUR

ABŞ Prezidenti Donald Tramp Misirin lideri Abdəl Fəttah əs-Sisini özünün "sevimli diktatoru" adlandırıb.

Adalet.az-ın məlumatına görə, o, bunu Fransada keçirilən "G7" iclasının fasilələri zamanı deyib.

Misir Prezidenti ilə görüşə hazırlaşarkən D.Tramp yüksək səslə "Mənim sevimli diktatorum haradadır" - deyə, soruşub. Həmin vaxt onun yanında həm ABŞ, həm də misirli məmurların olduğu deyilir.

Şahidlər amerikalı liderin bu fikri zarafatla səsləndirdiyini qeyd edirlər. Əs-Sisinin bunu eşidib-eşitməməsi barədə isə bir məlumat yoxdur.(trend)