adalet.az header logo
  • Bakı 18°C
14 Sentyabr 2019 10:33
14955
MƏMLƏKƏT
A- A+

Vüsalə Məmmədova: Ağdamdakı ünvanınız necə idi?

Bu gün Limak.az-dan sifarişlərimi təhvil alanda elə təəccübləndim ki…

İlk müştərilərindənəm, ancaq heç vaxt mağaza baglama üzərində ünvanımı qeyd etməyib.#Nadirkitapisə bağlamanı qeyri-müəyyən ünvana göndərmişdi:

Vüsalə Məmmədova, Ağdam şəh, Q.İlyasov küç. ev 2

O ünvanda yaşayanda nə bağlama almışam, nə məktub. Çünki çox uşaq olmuşam... Son 26 ildə isə bu ünvan mövcud deyil... Sadəcə bizim ailənin şəxsiyyət vəsiqəsində formal olaraq qeyd edilib...

Yəni həyatımın böyük hissəsini ünvansız yaşamışam... Ümumiyyətlə, keçmişə bağlı heç nəyim olmadığı üçün özümü bitki kimi hiss etmişəm. Kökü olmayan bitki kimi... Hətta "düşdüyüm yerdə bitmək” bacarığımı, yeni mühitə tez uyğunlaşmağımı da həmişə buna bağlamışam...

Amma bu bağlama məni əməlli-başlı təsirləndirib... Özümü ciddi-ciddi ünvanı olan bir insan hesab edirəm... Çox xoşuma gəlib bu... Sizin üçün bəlkə də sıradan bir şeydir... Hətta darıxdırıcıdır... Başa düşürəm...

Amma mən indi real bir ünvana aid olduğumu yenidən hiss etmək üçün "Nadirkitap”ın səhifəsində yeni kitablar axtarıram... Özü də tək-tək sifariş edəcəyəm ki, hər dəfə bu mövcud olmayan ünvana nəsə bir bağlama göndərsinlər...

Uzun və sıxıcı yazdığım üçün üzr istəyirəm...