adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
13 Sentyabr 2019 15:21
15080
SİYASƏT
A- A+

Qarabağa qanunsuz gedənlərə çağırış: “Bu, təxribatdır”

"Qondarma, cinayətkar, xunta rejimi hazırda Azərbaycanın işğal edilmiş ərazilərində erməni icmasını əsarət altında saxlayaraq və azərbaycanlıların ora geri dönməsini əngəlləmək məqsədiylə öz işğal nəticələrini "legitimləşdirmək” üçün müxtəlif təxribatlara əl atır”.

Bunu "Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması” İctimai Birliyinin rəhbəri Tural Gəncəliyev jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, separatçı rejim bunun üçün qondarma seçkilər keçirir:

"Onlar bir-iki deputatı və hansısa xarici ölkənin nümayəndəsini dəvət etməklə guya beynəlxalq təşkilatların təmsilçilərinin Dağlıq Qarabağa səfər etməsindən bəhs edən şoular düzəldirlər. Amma birmənalı olaraq deyirəm ki, erməni rejiminin bu addımı təxribatdır və cinayətkar xunta rejiminin düşdüyü çıxılmaz vəziyyətin göstəricisidir. Onların bu təxribatlarının heç bir nəticəsi olmayacaq”.

T.Gəncəliyev Azərbaycanın işğal olunmuş torpaqlarına qanunsuz səfər edənlərə çağırış edib: "Azərbaycanın işğal altında olan ərazilərinə qanunsuz səfər edən beynəlxalq təşkilatların və media orqanlarının nümayəndələrinə çağırış edirik ki, Azərbaycanın əzəli torpaqları olan və hazırda işğal altında saxlanılan ərazilərinə qanunsuz səfərlər etməsinlər. Bu səfərlərin heç bir hüquqi əsası yoxdur".