adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
13 Sentyabr 2019 14:18
8014
HADİSƏ
A- A+

Bakıda yük maşını minik avtomobili ilə toqquşdu - 1 nəfər öldü, 3 nəfər yaralandı

Bakıda ağır yol qəzası baş verib.

Hadisə bu gün Pirallahı rayonunun eyniadlı qəsəbəsində baş verib.

Qəsəbənin girişində yük avtomobili ilə minik avtomobili toqquşub.

Hadisə nəticəsində 1 nəfər kişi aldığı xəsarətlərdən dünyasını dəyişib,

Səhiyyə Nazirliyindən verilən məlumata görə, hadisə yerinə yollanan Təcili Tibbi Yardım briqadası tərəfindən 3 nəfər müayinə olunur. 3 nəfərdən birinin vəziyyəti ağır kimi qiymətləndirilir. Həkimlər onu Təcili Tibbi Yardım avtomobili ilə 3 saylı şəhər xəstəxanasına aparıblar.(trend)