adalet.az header logo
  • Bakı 7°C
13 Sentyabr 2019 13:28
16361
SİYASƏT
A- A+

Millət vəkili fəxri diplomla təltif olunub

Millət vəkili Rüfət Quliyev Ukrayna və Azərbaycan arasında əlaqələrin inkişafında göstərdiyi xidmətlərinə görə fəxri diplomla təltif olunub

Ukrayna müstəqilliyinin 28-ci ildönümü ilə bağlı Bakıda rəsmi qəbul təşkil olunub. Qəbulda Ukrayna Azərbaycan arasında əlaqələrin inkişafı müzakirə olunub. Eyni zamanda, iki ölkə arasında əlaqələrin genişlənməsində rolu olan şəxslərin mükafatlandırılması mərasimi keçirilib. Mükafatlandırılardan biri də Azərbaycan Respublikasının Milli Məclisinin deputatı, Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Taras Şevçenko adına Kiyev Milli Universitetinin professoru Rüfət Quliyevdir.

Rüfət Quliyev Ukrayna Parlamentlər Arası Qrupun rəhbəri, eyni zamanda Kiyev Universitetinin müəllimi və professoru kimi hər iki ölkə arasındakı əlaqələrin inkişafında göstərdiyi xidmətlərə görə mükafatlandırılıb.

Məlumat üçün bildirək ki, ölkələrimizin parlamentləri arasında sıx əməkdaşlıq mövcuddur. Milli Məclisdə Azərbaycan-Ukrayna Parlamentlər arası İşçi Qrupu fəaliyyət göstərir. Millət vəkili Rüfət Quliyev 2016-cı martın 4-dən etibarən bu günə kimi İşçi Qrupunun rəhbəridir.