adalet.az header logo
  • Bakı 23°C
  • USD 1.7
13 Sentyabr 2019 12:30
30308
KRİMİNAL
A- A+

Sumqayıtda ev yandı - Sakinlər təxliyə edildi

Sumqayıtda 2 otaqlı evdə yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, ümumi sahəsi 50 m² olan iki otaqlı mənzilin mətbəx mebeli 3 p.m sahədə yanıb, yüksək temperaturdan lambirindən ibarət tavanı 10 m² sahədə əriyib.

Yanğın zamanı 8 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.​