Faiq QİSMƏTOĞLU: HƏR SAZ ÇALAN AŞIQDIRMI?!

FAİQ QİSMƏTOĞLU
48480 | 2019-09-13 12:19

... İndikimə selbə atırsan ya gedir "aşığa” dəyir, ya gedir "müğənniyə” dəyir, ya dagedir "jurnalistə” dəyir. Bu sözləri dırnaq arasına ona görə alırıq ki, həryerindən duran, hər əlinə saz alan, hər əli qələm tutan, hər mikrafon götürənözünü aşıq, müğənni, jurnalist adlandırır. Hansı ki, bu üç sənətin hər biri çoxmüqəddəs, çox da tarixi bir peşədir. Yəni hər üçü uzun illərin sınağından, süzgəcindənkeçib bu günümüzə gəlib çatıb...

Deyirlərki, biz Koroğlunun, Qaçaq Nəbinin, Cavanşirin, Sultan bəyin, Pənahəli xanın nəvələriyik.Amma dərinə gedəndə məlum olur ki, biz öz fərsiz və bacarıqsız əməllərimizlə oböyük şəxslərin adına ləkə gətiririk. Yəni o böyük şəxslər bu vətənin, butorpağın, bu millətin yolunda canlarını, qanlarını fəda eləyiblər. Bəs biz nəeləmişik? Bizsə o kişilərlə qürrələnərək zaman-zaman torpaqlarımızı,ormanalrımızı, dağlarımızı yadellilərə peşkəş eləmişik. Və indi də deyirik bu böyükkişilərin nəvələriyik. Biz ən yaxşı halda torpağı itirdiyimizə və o yurdu, oeli yaddan çıxardığımıza görə, Keçəl Həmzənin nəvəsi ola bilərik. Bu heç kəsinxətrinə dəyməsin. Xətrinə dəysə də, su içsin...

... Hansıteleviziya kanalını açırsan vur-çatlasın, çal- oynasındı! Elə bil televiziyakanalları bu xalqın, bu millətin düşmənidi. Yəni kanallar ona çalışır ki, millət,xalq o itirilən torpaqları yada salmasın, unutsun və birdəfəlik əlini çəksin.Onsuz da biz unutqan millətik. Bu təbliğatı da aparanda oluruq lap yekə birunutqan. Biz kef eləyirik, adını çəkdiyimo qəhrəmanların isə goru çatlayır...

İndiqayıdaq sazın, sözün və musiqinin üstünə. Koroğlunun sazı milləti cəngiyə,döyüşə, vuruşa səsləyir. İndikilərin isə çaldığı havalar bu millətin, bu xalqınbaşının altına yastıq qoyur və şirin yuxuya aparır. Axı bizim millətin dəyatmaqdan çox xoşu gəlir. Yumuşaq yastıq ola və bir də gözəl hava! Yat ki,yatasan! Və bu yuxudan kimdi oyanan? Oyananda görəcək ki, nə vardısa, onu da əlindənalıblar, salıblar çöllərə...

"DədəQorqud” dastanında saza müqəddəs varlıq kimi dəyər verilir. Bir səhnə var və həminsəhnə Anarın ssenarisi ilə çəkilmiş "Dədə Qorqud” filmində də canlanır. Qazanxanla Oğuz savaşa başlamaq istəyir. Dədə Qorqud əlində Qopuz onun qarşısınaqaçır, bunun qarşısına qaçır. Qopuzu onlara göstərib deyir ki, sizi and verirəmbu müqəddəs Qopuza, qardaş qırğınını saxlayın! Onlar da qardaş qırğınınısaxlamır, bir-birinı qılınc çəkir və axırda məhv olurlar. Və bizim qılıncımızçox vaxt düşməni kəsmək əvəzinə, özümüzü kəsib doğrayır. Böyük BəxtiyarVahabzadə də "Özümüzü kəsən qılınc” adlı bir pyes də yazmışdı. Və bu qılınc bugün də özümüzü kəsməkdə davam eləyir.

Sazbizim ən qədim alətimizdi. Və saz həm də Azərbaycan xalqının ruhu, qəlbi, ürəyideməkdi. Birindən soruşursan ki, nə təhərsən? O da deyir ki, saz kimiyəm. Yənisağ-salamatam. Tay demir ey tar kimiyəm, gitara kimiyəm, nə bilim qarmon kimiyəm.Amma biz bu gün sazın başına elə bir oyun açırıq ki, o sazın dədəsinin toyuyadına düşür.

Aşıqayrı şeydi, müğənni ayrı şeydi, ifaçı da ayrı şeydi. Bir çox əlinə saz götürənlərbu qədim sənəti və ustad aşıqları nüfuzdan və gözdən salıblar. Hansı ki, onlarelə də istedadsız adam deyillər. Məsələn, Aşıq Telli, Aşıq Mübariz, AşıqZülfiyyə gözəl saz çalırlar. Amma onlara heç cürə aşıq demək olmaz. Ən azındanona görə ki, hər üç şəxs saz ifaçısıdır və müğənnilik eləyirlər. Mübarizvirtuoz saz ifaçısıdı. Sazı çox qəşəng çalır. Hətta bəziləri deyirlər ki, niyəo, sazı boyununda çalır, atıb-tutur və sazla akrobatik hərəkətlər eləyir. Qoyeləsin! Bu kişi də sazı belə çalır da. Qoy Aşıq Telli də nə qədər istəyiroxusun, qoy Aşıq Zülfiyyə də bütün kanallarda saz çalsın. Öz işləridir. Ammavallah, onlar aşıq deyillər. Bayaq dedik axı, hər üçü saz ifaçısıdır və müğənnilikeləyir. Allah işlərini avand eləsin. Özünə hörmət eləyən aşıq bir gündə iki-üçdəfə televiziya kanallarına getməz.

Aşığayalvararlar, yaxararlar, bundan sonra hansısa kanala gedər. Amma camaatın bu hərüç aşığı, hər üç saz ifaçısını televizorda görməkdən gözləri mazol olub. Onuyaxşı bilirik, onlar toy üçün bu addımı atırlar. Çünki zarafat deyil, heç birözəl kanal kiminsə qara qaşına, qara gözünə aşıq deyil. Ora para ödəməsən, okanal səni heç vaxt efirə dəvət eləməz. İstedadlı xanəndələr, müğənnilər varki, heç ildə bir-iki dəfə efirə çağırılmır. Amma səsi və istedadı olmayan "müğənnilər”və "aşıqlar” o kanal sənin, bu kanal mənim deyib gündə birində görünürlər.

Bayaqdedik axı, aşıq sənəti çox müqəddəs, çox ulu bir sənətdi. Aşıq dastan bilməlidi,nağıl danışmalıdı, bayatı, qoşma, təcnis, dodaqdəyməz, dildönməz şeirlər deməlidir.Və bir də aşığın öz geyimi (yəni klassik geyim nəzərdə tutulur) olmalıdır.Üstəlik də o aşıqdırsa, meydanda (istər toyxana olsun, istərsə də səhnə)orda deyişməyi, tərəf müqabilini sözlə bağlamağı bacarmalıdır. Biz bu gün beləaşıqları görmürük. Biz o aşıqları görürük ki, "toy tutmaq” üçün efirlərdə dəridən-qabıqdançıxırlar.

Aşıq deyəndəyadımıza Aşıq Alı düşür, Aşıq Ələsgər düşür, Aşıq Abbas Tufarqanlı düşür, AşıqŞəmşir düşür, Sarı Aşıq düşür, Aşıq Şakir düşür, Aşıq Pənah düşür, Aşıq Ədalətdüşür və ən nəhayət Aşıq Əhliman düşür. Bu böyük kişilər böyük aşıq məktəbiyaradıblar. Ancaq bu böyük aşıq məktəbini bu gün televiziyalar və "aşıqlar” eləgünə qoyub ki, adam bilmir keçmişə boylansın, yoxsa bu günkü vəziyyətə görə dəsmalgötürüb ağlasın.

Bu günelə çox işimiz dəsmal götürüb ağlamalıdı. Dəsmal götürüb ağlamalıdı ki,istedadlı adamlar qalıb həyatın dibində, istedadsızlar və savadsızlar meydansulayır... Dəsmal götürüb ağlamalıdır ki, aparıb dəvəni eşşəyin quyruğunabağlayırlar... Dəsmal götürüb ağlamalıdır ki, üç dəfə həccə gedib, qayıdıb yenəonun-bunun haqqını basıb yeyir... Çox şey yazaram, amma tay yazmıram...

Bax, belə!Bu şənbə də ürəyimi belə boşaltdım. Sözüm odur ki, xalqın min illərdən bəriqoruyub saxladığı saza, sözə, musiqiyə və müğənniliyə belə ucuz yanaşmaq olmaz!Saz və söz heç kimin dədəsindən qalmayıb. Saz və söz bu millətin min illiktarixidi. Onu da qorumaq hamının işidi. Kimsə pul qazanmaq istəyirsə, halalxoşu olsun, qazansın!

Sazıqalxan kimi qabağa verib "aşığam” deyərək sazın və millətin ruhunu ləkələməsin.Saz və bu millət əbədidir. Saz varsa, millət də var, millət varsa, saz da var.Və hər yerindən durub saz çalan da aşıq deyil. Bəlkə aşıqdı, siz deyin?!


TƏQVİM / ARXİV