adalet.az header logo
  • Bakı 6°C
13 Sentyabr 2019 11:46
28652
DÜNYA
A- A+

II DÜNYA MÜHARİBƏSİNİ ALMANİYA QAZANSAYDI?!..

Bu sual tarix həvəskarları arasında çox populyardı. Mən bunlardan biri olaraq bildiklərimiz əsasında ssenari quraraq bu suala cavab verəcəm. İlk olaraq iştirak etmiş ölkələrin geosiyasətinə nəzər yetirək.

Almaniya

Yaxşı hərbi taktikaları olmasına baxmayaraq, düşmənləri də sayca üstünlük təşkil eləyirdi. Əgər Qırmızı ordu müharibə vaxtı çöksəydi, almanlar Stalinqradı, Moskvanı və Leninqradı işğal edərək eyniylə Fransada etdikləri kimi, marionet dövlət quracaqdılar. Burda fərq sadəcə onda olacaqdı ki, nasist perspektivində slavyan xalqlarının yeni Almaniyada heç bir haqqı olmayacaqdı. Bu da yeni partizan hərəkatlarının yaranmasına səbəb olacaqdı. Təqribən 20-30 il alman ordusu terror hücumlarına məruz qalacaqdı. Almanlar Rusiya və Ukraynanın böyük bir hissəsini tam idarə edə bilməyəcəkdi. Sovet hökumətinin rəsmi təslim olmasından sonra Rusiya bir növ Əfqanıstana çevriləcəkdi.

Texnologiya sahəsində böyük dəyişikliklər olacaqdı. Almaniya orta mənzilli raketləri və nüvə silahlarını Birləşmiş Ştatlardan öncə XX əsrin 50-ci illərində istehsal edəcəkdi.

Yaponiya

Yaponiya üçün ən uğurlu ssenari onun Perl Harborda ABŞ-ın Sakit okean donanmasını məhv etməsi olacaqdı. Bunu edərək o, ABŞ-ı müharibədən çəkilməyə məcbur edəcəkdi. Amma bunun ABŞ sənayesinə heç bir ziyanı dəyməyəcəkdi.

Bu ssenaridə də ABŞ yenə də ən güclü iqtisadiyyata malik olacaqdı. Bundan sonra Yaponiya Çində və Mərkəzi Asiyada aramsız və maliyyə cəhətdən əlverişsiz partizan müharibələri ilə üzləşəcəkdi. Onlar Asiyadan kifayət qədər neft və digər resurslar əldə edəcəkdilər. Amma bu böyük tələfat və iqtisadi ziyan hesabına başa gələcəkdi. Onlara işğal edib nefti istismaq etməkdənsə, nefti İndoneziyadan pulla almaq daha sərfəli idi.

Yaponiyanın bu aramsız müharibələri gələcəkdə onları böyük iqtisadi problemlərlə üzləşdirəcəkdi.

Böyük Britaniya

Alman işğalından sonra onlar nasist marionetinə çevriləcəkdilər. Və bu Hindistan və Afrika koloniyalarına 1944-1950-ci illərdə müstəqillik elan etməyə şans verəcəkdi.

İtaliya

Zəif ordu qüvvələri ilə Fransa və Britaniyadan aldığı Afrika koloniyaları idarə edə biləcək qüvvədə olmayacaq və burada ABŞ Mərakeş və Əlcazairdəki partizanlara dəstək olacaqdılar.

Rusiya və Şərqi Avropa

Almaniya Polşanı, Ukraynanı, Baltikyanı ölkələri və Qərbi Rusiyanı koloniyalara çevirəcəkdi. Nasist soyqırım uzun illər çəkəcək, amma almanlar bir müddətdən sonra onlara qul qüvvəsinin lazım olduğunu anlayacaqdılar. Burada onlar irqi cəhətdən bölünmüş bir cəmiyyət yaradacaq,yuxarı təbəqələrdə almanlar, aşağı təbəqələrdə, yəni qul kimi slavyan xalqları olacaqdı. "Lend Lease" proqramı təqribən 20 il davam edəcək, kommunistlər almanlara qarşı uzun müdətli partizan müharibələri aparacaqdı. Rusiya ( yəni bizim tarixdəki SSRİ)Almaniya üçün Əfqanıstan olacaqdı, yəni qoyduğu investisiyalar heç bir nəticə verməyəcəkdi.

ABŞ

Perl Harbordan sonra F.D.Ruzvelt istef

a verir və Truman prezident olur və iqtisadi müharibə başladaraq ABŞ donanmasını bərpa etməyə başaldacaqdı. 1950-ci illərin əvvəllərində artıq ABŞ öz donanmasını bərpa edəcəkdi. Amma o zamana qədər artıq çox güclənmiş Yapon donanmasına qarşı heç bir şansının olmayacağını anlayaraq müharibə aparmayacaqdı. Və bu o deməkdir ki, ABŞ donanmasının əsas məqsədi yaponları və almanları Amerika qitəsindən uzaq saxlamaq olacaqdı. Bizim tarixdə ABŞ alimləri keçmiş nasist alimlərindən böyük yardım almışdı. Amma burada nasistlər müharibəni uduzmadığına görə, ABŞ elm və texnologiyası çox gec inkişaf etməyə başlayır.

Avstraliya və Yeni Zelandiya

Maraqlı odur ki, Yaponiya Astraliyanı heç vaxt işğal etməyəcəkdi. Çünki Yaponiya artıq Çində, İndoneziyada və Cənubi Asiyadakı hərbi əməliyyatları ilə məşğul olacaqdı. Avstraliya və Yeni Zelandiya öz liberal demokratiyalarında qalacaqdılar. Amma ABŞ-la yaşadığımız tarixdəki qədər yaxın olmayacaqdılar. Ən böyük dəyişiklik isə onların Böyük Britaniyadan tamamilə aralanması olacaqdı.

Soyuq müharibələr

ABŞ bu soyuq müharibədə iki böyük düşməni ilə, yəni Yaponiya və Almaniya ilə üzləşəcək. 50-ci illərin sonlarında ABŞ və Almaniya uzaqmənzilli nüvə silahları ilə təchiz olunmuş bombardmançı təyyarələri istehsal etdi.

XX əsrin ikinci yarısında dünya geosiyasətini çoxlu iqtisadi müharibələr dominantlıq edəcək.

1. ABŞ rus partizanlarına dəstək duracaq və yüksək təlim görmüş keçmiş Sovet hərbçiləri Rusiya və Mərkəzi Asiyadakı alman-yapon qoşunlarını terrora məruz qoyacaq.

2. Çin Yaponiyay qarşı vuruşmaq üçün ABŞ-dan dəstək alacaq.

3. Yaxın Şərqdəki tayfalar və krallar ABŞ və Almaniya arasında bölünəcək. Şiə İranı və sünni Səudiyyə Ərəbistanı öz aralarındakı dini fərqliliyə görə, müharibə başladacaq.

4. İtaliyanın qələbəsindən sonra ABŞ Afrikanın bəzi ölkələrini, ən əsası da Mərakeş və Əlcəzairə italyanlara qarşı vuruşmaq üçün maddi yardım göstərəcək. Misir müstəqillik elan edəcək. Amma İtaliya heç cür Misiri ələ keçirə bilməyəcək. Buna baxmayaraq, müstəqil Misir strateji mövqeyinə görə, Berlin və Vaşinqton arasında güzəşt olunacaq.

5. Maraqlısı Latın Amerikasıdır. Bizim tarixdə Argentina II Dünya Müharibəsi dövründə nasist tərəfdarı olmuşdu. Bu ssenaridə ABŞ Latın Amerikasını "təmizləmək” üçün çevrilişlərə cəhd edəcək. Amma bizim tarixdən fərqli olaraq, burada ABŞ Almaniyanın təsirini zəiflətmək üçün kommunizmi maliyyələşdirəcəkdi.

Yaxın Şərq

Dünyadakı neftə böyük ehtiyac tələbatından Yaxın Şərq ABŞ və Almaniya arasında "müharibə səhnəsi”nə çevriləcək. Səudiyyə Ərəbistanı, İraq, Fələstin, İordaniya və Suriya almanlarla və amerikalılar arasında bölünəcək. İran və Türkiyə alman təsiri altında olacaq.

Hindistan

Bizim tarixdə Hindistan 1947-ci ildə müstəqillik elan etmişdi. Bu ssenaridə Hindistan bir neçə il əvvəl müstəqilliyini qazanacaq. Pakistan və Banqladeş yenə də Hindistandan ayrılacaq. Bizim tarixdəki Hindistan və Pakistan münaqişəsi burada nasist Pakistan və ABŞ-Hindistan münaqişəsi ilə əvəz olunacaq.

1960-cı illər

Bizim tarixdə 60-cı illər müstəqil ölkələrdə intibah dövrü kimi yadda qalmışdı. Nəticədə təhsil gənclərlə öz ailələri arasında yeni münasibət yaratmışdı. Burada isə Avropadakı təhsil sistemində nasizm təbliğatı üstünlük təşkil edəcək. Bu deməkdir ki, müasir incəsənət, hippilər və seks inqilabı heç vaxt baş verməyəcək.

İslandiya krizisi

Bizim tarixdəki Kuba krizisinə bənzəyəcək. Burada İslandiyadakı alman çevrilişindən sonra İslandiya nasist təsirinin altına düşəcək. Və bu Almaniyaya orada ABŞ və Kanadaya çatması üçün orta mənzilli raketlərini yerləşdirəcək. Bu krizis ABŞ-ın Səudiyyə Ərəbistanındakı və Almaniya İslandiyadakı nüvə silahlarını sıradan çıxarması razılaşması ilə bitəcək.

(ardı var)

Hazırladı: Yılmaz İBRAHİMOV