SARP QAPISINDA - Seyfəddin Altaylı yazır

SEYFƏDDİN ALTAYLI
49377 | 2019-09-13 11:43

"İnsanların qiymәti görüşdüyü vәoturub-durduğu insanlarla ölçülәr

Hz.Әli”

Salamәziz oxucular.

Yaytәtili qurtardı, yәni tәdris ili başlanacaqdı. İnşallah yenә tez-tezgörüşәcәyik.

İyunayının 17-indә Türkiyәyә yola düşdük. Kutaisini keçәrkәn sәhvә yol verdim vәyol polisi haqlı olaraq mәnә 50 lari cәrimә yazdı. Sәrhәddәn keçmәmiş Sarpqapısındakı banklarına gedәrәk verilәn cәrimәni ödәmәk istәdim, ancaq bankdaişlәyәn xanım bu cәrimәnin sistemә düşmәdiyini vә pulu götürә bilmiyәcәyini әlişarәlәri ilә söylәdi. Nә Türkcә bilirdi nә dә İngilis dilini. Orada işlәyәnpolislәrә üz tutdum vә Türkcә bilәn bir polis tapıldı, problemi sordu, mәn dәondan mәnә yazılan cәrimәni ödәmәk istәdiyimi, bunun üçün kömәk olmasını xahişetdim. O da xanımla danışdı vә dönüb "Xanım bu cәrimәnin sistemdә görünmәdiyinisöylәyir, onu götürә bilmәz, gedin qayıdanda ödәyәrsiniz” dedikdә, polisә, ikiay yarım Türkiyәdә qalacağımı söylәdim, o da dönüb "Uzaq başı 10-15 lari artıqödәyәrsiniz qurtarar çıxıb gedin” deyincә mәn dә vәtәnә qayıtdım.

Azәrbaycanaqayıdarkәn sentiyabr ayının 6-sı günü saat 8.30 radәlәrindә Sarp qapısındanGürcüstana daxil oldum vә maşını gömrükçülәr yoxladıqdan sonra iyun ayındayazılan cәrimә qәbzini götürüb gömrük postundakı banklarına getdim. Oradaişlәyәn xanım 175 lari cәrimә ödәmәli olduğumu söylәyincә çaş-baş qaldım, iyunayında baş verәn danışıqları yenә bir gömrük polisi vasitәsilә başa salsam daqulaq asmadı, mәn dә mәcbur qalıb 175 lari ödәyib polis kontrol nöqtәsinә yönәldim.Orda işlәyәn xanım polis xüsusi pasportumu görüncә üzündә nifrәt ifadәlәriyarandı vә bir neçә yerә zәng çaldı, әliylә kәnarlaşmamı söylәdi. Xeyli müddәtsonra yar-yarımçıq Türkcә bilәn bir ahıl polis gәldi vә 500 lari cәrimә ödәmәliolduğumu söylәdi. Mәn dә cәzamı ödәdiyimi söylәdim, ancaq o "Ödәdiyin azdır ikiaydan artıqdır cәrimәni ödәmәyibsәn buna görә sürücü vәsiqәn müsadirә edilib”dedi. İyun ayında başverәn olayları, o gün bir polisin mәnә dediklәrini onasöylәsәm dә qulaq asmadı. Yaxşı dedim, "Madәm ödәmәliyәm ödәyim mәni buraxın”.Olmaz vә get maşınında gözlә dedi. Maşında tәqribәn 45 dәqiqә gözlәtdilәr.Yoldaşım Fatma xanımı piyada xәttindәn yola saldıqlarına görә o danigarançılıqla mәni gözlәyirdi. Bu arada Batum Başkonsulluğumuza zәng çaldım vәvәziyyәti danışdım. Orda işlәyәn şәxs "Lazımi bilgilәri aldım, sizә zәngedәcәyәm” dedi. Bir saata yaxın vaxt keçdikdәn sonra bir qulağı kәsik Tatoadında biri gәldi, özünün polislikdәn tәqaüdә çıxdığını, polislәrin onu mәnәvәkil tәyin etdiyini, maşınımın Batumdakı polis mәrkәzinә aparılacağını, onuözünün sürә bilәcәyini, mәrkәzdә mәnә zamin olacağını, cәrimәni orada ödәdikdәnsonra vәsiqәmi vәrә bilәcәklәrini söylәdi. Mәcbur qalıb dәdiklәrinә uydum vәmaşına mindirib bizi polis mәrkәzinә apardı. Ordakı polislәr yazıb-pozdular vә300 lari cәrimә ödәyәcәyimi söylәdilәr. Batumda bir banka getdik cәrimәniödәdik, ancaq günortadan sonra saat 2-yәqәdәr orada gözlәdik. Ordakı polislәrә niyә gözlәyirәm, cәrimәni ödәdim mәniniyә buraxmırsınız, verin vәsiqәmi gedim dedikdә, "gözlәyәcәksәn” dedilәr.Nәhayәt sürücü vәsiqәmi gәtirib verdilәr vә biz doğma qardaş vәtәnә sarı yoladüşdük.

HәmSarpda hәm dә Batumda gözlәyәrkәn polislәrә "Bu hәrәkәtlәrinin Gürcüstana dostyox düşmәn qazandırdığını” söylәdim.

Avropanıbaşdan ayağa kimi gәzmiş bir insan olaraq ilk dәfә bu cür kobud hәrәkәtlәrinşahidi olurdum. Gürcüstan o cür kobud polislәrә malik olduqca dostu günü-gündәnazalacaqdı.

Türkiyәyәhәr il 30 milyondan artıq turisd gәlir vә hәr gәlәn turisd ölkәmizә pulburaxır. Türkiyәdә turizmә "bacasız sәnaye” deyilir ki, doğrudan da elәdir.Türkiyәli polislәr bunun fәrqindә olduqlarına görә hәr bir turisdә hәdsizhörmәtlә vә etika ilә xidmәt edir, gülәrüz göstәrir. Gürcü polislәri ilәTürkiyәli polislәri müqayisә etdikdә polislәrin hәrәkәtinin bir ölkәyә nәqazandırıb ölkәnin nәlәr itirә bilәcәyinin fәrqinә yaxşı varıla bilәr. Xaricibirinә görә polis bir ölkәnin hәqiqi üzüdür. Polislәrin hәrәkәtlәrinә baxıb oölkә haqda müәyyәn fikrә malik ola bilәrsiniz, çünki bir ölkәyә gedәn şәxs öncәo ölkәnin polisi ilә üzlәşir vә onların davranışına görә dә o ölkәyә qiymәtverir.

TRT-dәişlәyәrkәn Mәsut Yılmazın başnazirliyi vaxtında TRT Gәnәl Müdürlüyü ilә DışYayınlar Dairәsi Başqanlığı vasitәsilә görüşdüm, Türkiyәnin Sәsi RadiosundaGürcücә vәrilişlәrinin açılmasının iki ölkәnin dostluğuna xidmәt edәcәyini,onların bizim, bizim dә onların dostluğuna ehtiyacımızın olduğunu söylәdim vәbu yolda hәr bir yükü götürmәyә hazır olduğumu bildirdim. Rәhbәrlik müәyyәnyәrlәrlә mәslәhәtlәşdikdәn sonra nәhayәt qәrar verildi vә mәnә tapşırıldı ki,Gürcücә redaksiyasında işlәyәcәk kadrları tapım. Mәn dә Azәrbaycana gәlәrәkGürcücәni ana dili kimi bilәn iki şәxsi götürüb apardım vә o gündәn bәriTürkiyәnin Sәsi Radiosunda Gürcücә redaksiyası fәaliyyәtini uğurla yeridir,hәmin kadrlar da orda işlәyirlәr.

Mәnәvә yoldaşıma altı saat mәnәvi işgәncә verәn Gürcü polislәri o cür rәftarlarıilә ölkәlәrinin dostlarının sayını azaltdıqlarının fәrqindәdilәr görәn?!

Mәncәbu cür olaylar hәr bir polis işçisi üçün ibrәt dәrsidir.


TƏQVİM / ARXİV