adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
14 Sentyabr 2019 09:42
11410
GÜNDƏM
A- A+

Etibar Əliyev: Ölkəni aqressiya bürüyüb

Böyük təhlükədir... Bu, hər yerdə hiss olunur. Həkim xəstəyə qarşı, məktəb direktoru valideynə qarşı, müəllim şagirdə qarşı, sürücü sürücüyə və piayadaya qarşı, müxalifət iqtidara qarşı, yaxud iqtidar müxalifətə qarşi aqressivdir. Bizim cəmiyyət nədən bu vəziyyətə düşüb? Bu paradiqmanı tədqiq edən və Nobel mükafatına layiq görülən Konrad Lorens hesab edir ki, aqressiv davranış instinqtiv mənbəyə malikdir, orqanizmdə toplanan aqressiv enerji və ətraf aləmin qıcıqlandırıncı gücü ilə birbaşa bağlıdr. Böyük alim tamamilə haqlıdır. İntellekt instinkti əvəzləməlidr. Cəmiyyətimizi aqressiyadan xilas etmək istiqamətində düşünməliyik. Ölkədə psixoloq, filosof yoxdur... Bizim bir - birimizə aqressiyamız və nifrətimiz artıq gənclərimizin də müzakirə mövzusuna çevrilib, onların şüuruna təsir etmişik. Söhbət nadanlardan getmir. Onları buraxaq başı - başına. Axı bu məmləkətin böyük ədibləri, filosofları, fundamental elm sahələrindən heç bir aqressesyası olmayan nümayəndələri olub? İntellekt instinkti əvəz etməsə, heç nə əldə edə bilməyəcəyik...-