adalet.az header logo
  • Bakı 16°C
12 Sentyabr 2019 10:56
21511
ƏDƏBİYYAT
A- A+

Əbülfət MƏDƏTOĞLU: QOCALAN XATİRƏLƏRİM






















Saralıb çiçəklər, quruyubdu tağ

Qar altda qalıbdı güvəndiyim dağ...
Qapın döyüləndə sən gözucu bax -
Gör necə qocalıb xatirələrim...

Saçım yolunubdu, gözüm quyudu
Üzümü oxşayan gözün suyudu...
Sənsiz günlərimin sonu buyudu -
Gör necə qocalıb xatirələrim...

Dilim bir ad bilir, yaddaşım bir söz
Ürəyim ahlardan olubdu köz -köz...
Vaxtından vaxt ayır, bu halımı çöz -
Gör necə qocalıb xatirələrim...

Bir üzü qız qalıb, bir üzü gəlin
Başqa özəlliyi yox üzülməyin...
Bax, səssiz əlindən üzəndə əlin-
Gör necə qocalıb xatirələrim!