adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
12 Sentyabr 2019 10:51
8451
HADİSƏ
A- A+

Bakıda avtomobil qaz xəttini zədələdi - 2 min istehlakçı qazsız qaldı

Binəqədi rayonu, Sulutəpə qəsəbəsində avtomobil qəzası zamanı diametri 159 mm olan qaz xətti zədələnib və qaz sızması aşkarlanıb.

"Azəriqaz" İstehsalat Birliyindən verilən məlumata görə, baş verənlərin aradan qaldırılması üçün bu gün saat 10:00-dan təmir işlərinə start verilib.

Təmir başa çatana qədər həmin ərazidə 2 min istehlakçının qaz verilişində fasilələr tətbiq olunacaq.