hacklink Adalet.az | Bu şəhər və rayonlarda peşə təmayüllü siniflər yaradılacaq Adalet.az | Bu şəhər və rayonlarda peşə təmayüllü siniflər yaradılacaq Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MƏMLƏKƏT

Bu şəhər və rayonlarda peşə təmayüllü siniflər yaradılacaq

4655    |   2019-09-11 17:31
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

2019-2020–ci tədris ilində Bakı, Abşeron, Sumqayıt, Gəncə, Şirvan, Masallı, Cəlilabad, Xaçmaz, Salyan, Biləsuvar, Şəki, Qusar, Şəmkir və Sabirabadda yerləşən 20 ümumi təhsil müəssisəsində peşə təmayüllü siniflər yaradılacaq.

Təhsil Nazirliyindən verilən məlumata görə, peşə təmayüllü siniflər ümumi təhsil müəssisələrinin ərazi, eləcə də maddi-texniki tədris imkanları nəzərə alınmaqla müəyyən edilib.

X-XI sinif şagirdləri üçün nəzərdə tutulan peşə təmayüllü siniflərin yaradılmasında məqsəd ümumi orta təhsil bazasında təhsilalanların müxtəlif peşələr üzrə ilkin bilik və bacarıqlara yiyələnməsi, peşə ixtisasları barədə məlumatlandırılmaqla əmək bazarına, eləcə də peşə təhsilinə hazırlanmasıdır. Təhsilalanlara ilkin sahibkarlıq bacarıqlarının aşılanması, əmək bazarının peşəyönümü hazırlıqlı və əmək qabiliyyətli şəxslərlə təmin edilməsi də layihənin əsas məqsədlərindən biridir.

Peşə təmayüllü siniflərdə tam orta təhsil səviyyəsində təlim müvafiq fənlərə üstünlük verilməklə Təhsil Nazirliyi tərəfindən təsdiq edilən tədris planı və modul spesifikasiyası üzrə təhsilalanların meyil, maraq və qabiliyyətlərinə uyğun istiqamətlər üzrə təmayülləşmə əsasında təşkil ediləcək.

Qeyd edək ki, peşə təmayüllü siniflərin yaradılacağı ümumi təhsil müəssisələrinin IX sinfini bitirmiş şəxslər bu siniflərə qəbul ediləcəklər.

Peşə təmayüllü siniflərdə təhsil dövlət hesabına həyata keçiriləcək.




İmza:

Sumqayıtda istehlaka yararsız 227 kq ət məhv edildi - FOTO

İlham Əliyev və birinci xanım Şamaxıda ağac əkdi

Xızıda ağacəkmə aksiyası keçirilib

Atəşkəs rejimi 23 dəfə pozuldu

Xaldan-Şəki magistralı və Şəki şəhərinin giriş yolu yenidən qurulur

Xəzər rayonunda avtomobil yollarının yenidən qurulmasına 11,8 milyon manat ayrılıb

Bakıda 5 marşrut xətti müsabiqəyə çıxarılır

Bakıda vəziyyətləri pisləşən tələbələr xəstəxanadan evə buraxıldılar

RƏŞAD MAHMUDOV VƏ MİRCƏLAL KAZİMİ ƏZRAYILA MEYDAN OXUDULAR

Yeni il bayram tətilinin fasiləsizliyi və uzunmüddətliliyi təmin edilib - Nazirlər Kabineti

Bakıda məktəb direktoru nöqsanlara görə işdən çıxarıldı

Məleykə Abbaszadə: Dövlət idarəetmə sistemindəki islahatlar standartların dəyişməsinə dəlalət edir

SON XƏBƏRLƏR
2019-12-06


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (87.5%)
Pullsuz (12.5%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK