Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | Oqtay Əsədov: Təəssüf ki, bəzən “ikili standartlarla” yanaşmanın şahidi oluruq Adalet.az | Oqtay Əsədov: Təəssüf ki, bəzən “ikili standartlarla” yanaşmanın şahidi oluruq Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / SİYASƏT

Oqtay Əsədov: Təəssüf ki, bəzən “ikili standartlarla” yanaşmanın şahidi oluruq

6038    |   2019-09-11 17:01
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Sentyabrın 11-də Milli Məclisin Sədri Oqtay Əsədov Azərbaycanda səfərdə olan Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti xanım Lilian Mori Paskieni ilə görüşüb.

Sədr qonağı salamlayaraq bu səfərin ikitərəfli münasibətlərin daha da inkişaf etməsinə təkan verəcəyinə inamını ifadə edib. O.Əsədov bildirib ki, Azərbaycan AŞPA ilə hərtərəfli əlaqələrin dərinləşməsinə böyük önəm verir.

Milli Məclisin sədri vurğulayıb ki, 2001-ci ilin yanvarından Avropa Şurasına tamhüquqlu üzv olan Azərbaycan hüquqi, demokratik dövlət quruculuğu prosesində Avropa Şurası və onun qurumlarının dəstəyini hiss etdi:

"Qarşılıqlı əməkdaşlıq istiqamətində ötən dövr ərzində xeyli işlər görülüb. Təəssüf ki, bəzən müəyyən anlaşılmazlıq və ermənilərin məqsədlərinə xidmət edən lobbiçilik fəaliyyəti göstərən bir sıra deputatların qərəzli hərəkətləri ucbatından qurumda bir sıra məsələlərə "ikili standartlarla” yanaşmanın şahidi oluruq. Biz inanırıq ki, gələcəkdə belə xoşagəlməz hallar aradan qalxacaq, müzakirə doğura biləcək məsələlər ətrafında fikir mübadiləsi aparmaq üçün normal şərait yaranacaqdır”.

O.Əsədov əlavə edib ki, ölkəmizdə bütün istiqamətlər üzrə islahatlar uğurla davam etdirilir: "Azərbaycanda Avropa hüquq sisteminin təməl prinsiplərini özündə əks etdirən qanunvericilik bazası formalaşdırılıb. Ölkədə imzalanmış 65 əfv sərəncamına və 11 amnistiya aktına uyğun olaraq 40 min nəfər məhkum cəzaçəkmə müəssisələrindən azadlığa buraxılmışdır. Azərbaycan Prezidentinin cari ilin martında imzaladığı əfv fərmanı 431 nəfərə şamil olunub.

Ölkəmizdə etnik və dini tolerantlıq hökm sürməkdədir. Məscidlər, kisələr, sinaqoqlar dinc fəaliyyət göstərir. Biz gələcəkdə də AŞPA, o cümlədən bütün beynəlxalq təşkilatlarla əməkdaşlığın genişləndərilməsində maraqlıyıq”.

Səmimi qəbul üçün minnətdarlığını bildirən AŞPA prezidenti xanım Lilian Mori Paskie təmsil etdiyi qurumun ölkəmizlə əlaqələrin inkişafında maraqlı olduğunu söyləyib. O bildirib ki, azərbaycanlı deputatlar təşkilatın struktur qurumlarında və keçirilən tədbirlərdə daim fəal iştirak edir, müzakirə olunan məsələlərə öz münasibətlərini bildirir, maraq doğuran əhəmiyyətli təkliflərlə çıxış edirlər.

Qonaq AŞPA-nın xətti ilə ölkəmizə səfər edən təşkilat nümayəndələrinə yaradılan şəraitə görə Milli Məclisin rəhbərliyinə öz təşəkkürünü bildirib.

Söhbət zamanı tərəfləri maraqlandıran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Görüşdə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, AŞPA-da daimi nümayəndə heyətimizin başçısı Səməd Seyidov, parlament Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər iştirak ediblər.




İmza:

İqbal Ağazadə : "Bu, iqtidar-müxalifət görüşü deyil"

BU GÜN YƏQİN XİN-in BOMBA KİMİ BİR BƏYANATI OLACAQ

DAĞLIQ QARABAĞDA TƏHLÜKƏLİ SEÇKİ SSENARİSİ - Asəf Quliyev yazır

MƏMMƏDYAROV MNATSAKANYANLA GÖRÜŞSÜNMÜ, GÖRÜŞMƏSİNMİ?

“Onun fikirləri iqtidarın mövqeyini əks etdirmir” - Prezidentin köməkçisi

“Danışıqların uzanması şübhələrin yaranmasına rəvac verə bilməz…”

Əli Əhmədov: Azərbaycanın ərazi bütövlüyünün təmin olunacağı heç kimdə sübhə doğurmasın

XİN: Dağlıq Qarabağda keçirilən tədbirdə heç bir BƏƏ vətəndaşı iştirak etməyib

Tural Gəncəliyev: "Qarabağ xuntasının atdığı bu addım tam qanunsuzdur"

İqtidarla müxalifətin dialoqu : Siyasi qüvvələr arasında ayrı-seçkilik salmayacaqsa...

Müdafiə xərclərinin artması yeni silahların alınması mənasına gəlmir - AÇIQLAMA

Əli Əhmədov: “Əsrin müqaviləsi” Azərbaycanın təkcə keçmişi deyil..."

Çinin parlament sədri Azərbaycana rəsmi səfərə gəlib

Alman deputat: "Ermənistan ilkin mərhələdə 5 rayonu qaytarmalıdır"

Ramil Usubov Stanislav Zasla Əməkdaşlıq Planı imzaladı

Xəzər yalnız ətrafındakı ölkələri yox, həmçinin Avropa və Asiyanı birləşdirir - Xələf Xələfov

Ramiz Mehdiyev Stanislav Zasla görüşüb - FOTO + Yenilənib

İlham Əliyev Belarus Təhlükəsizlik Şurasının dövlət katibini qəbul edib - YENİLƏNİB

Hadi Rəcəbli: Bəzi deputatlar fantastik fikirlər səsləndirirlər

Ermənistanın Azərbaycana təcavüzü ilə bağlı İtaliyada müzakirələr aparılıb

“Azərenerji” ASC-nin rəhbəri Gürcüstanın İqtisadiyyat və davamlı inkişaf naziri ilə görüşüb

Bakıda Azərbaycan-Tacikistan Aqrobiznes Forumu keçirilir

SON XƏBƏRLƏR
2019-09-19


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Sevilya"?

"Qarabağ" (66.67%)
"Sevilya" (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK