Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | Bal yarmarkası ilə bağlı paytaxta küləyə davamlı yeni çadırlar gətiriləcək Adalet.az | Bal yarmarkası ilə bağlı paytaxta küləyə davamlı yeni çadırlar gətiriləcək Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MƏMLƏKƏT

Bal yarmarkası ilə bağlı paytaxta küləyə davamlı yeni çadırlar gətiriləcək

2739    |   2019-09-11 16:39
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bakıda keçiriləcək bal yarmarkası ilə bağlı paytaxta küləyə davamlı yeni çadırlar gətiriləcək.

Bunu bu gün Aqrar Tədqiqatlar Mərkəzində yarmarkaya son hazırlıq işləri ilə bağlı mətbuat konfransında Trend-in sualına cavab olaraq Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində "Aqrar tədarük və təchizat” ASC-nin İdarə Heyətinin sədri Leyla Məmmədova deyib.

L.Məmmədova bildirib ki, əvvəlki illərdəki problemlərin qarşısını almaq üçün bir sıra tədbirlər görülüb:

"Ötən il güclü küləklə bağlı xoşagəlməz hadisə yaşanmışdı. Bu il isə həmin problemlərin təkrarlanmaması üçün xüsusi çadırlar gətiriləcək. Eyni zamanda soyuq günlərdə həm arıçılar, həm də alıcıların rahatlığını təmin etmək məqsədilə çadırlarda istilik sistemi quraşdırılacaq”.

Xatırladaq ki, ötən il güclü külək bal yarmarkası üçün quraşdırılmış çadırları uçurmuşdu.

Qeyd edək ki, bu 28 sentyabr-18 oktyabr tarixlərdə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində "Aqrar tədarük və təchizat” ASC və Azərbaycan Arıçılar Assosiasiyasının birgə təşkilatçılığı ilə arıçılıq məhsullarının 20-ci Respublika Sərgi-Satış Yarmarkası keçiriləcək.

Yarmarka Fətəli xan Xoyski prospekti 10 ünvanında (Tofiq Bəhramov adına Respublika Stadionunun ərazisi) təşkil olunacaq.




İmza:
SON XƏBƏRLƏR
2019-09-19


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Sevilya"?

"Qarabağ" (66.67%)
"Sevilya" (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK