Arda Turanın həbsinə qərar verildi
Türkiyənin məşhur futbolçusu Arda Turanla müğənni Berkay arasında yaşanan münaqişə ilə bağlı məhkəmə qərar çıxarıb.
Adalet.az xəbər verir ki, Arda Turan qanunsuz silah saxlama, istifadə və qəsdən sağlamlığa xəsarət yetirmə ittihamı üzrə təqsirli bilinib. Məhkəmə onun 2 il 8 ay 15 gün müddətinə həbs olunması haqda qərar verib.
Qeyd edək ki, ötən il Arda Turanla Berkay Şahin arasında gecə klubunda dava olub. Arda Turan müğənnini vuraraq burnunu sındırıb. Daha sonra xəstəxanada Berkayın yanına gedən Arda onun üstünə silah çəkib.
Digər Xəbərlər
18 Aprel 2024 18:45