adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
11 Sentyabr 2019 14:50
20783
İDMAN
A- A+

Türkiyə Günəşli günlər görməyə başlayır - Fatih Terim bəlasından qurtuluş

Dünən Türkiyə Millisi növbəti qələbəsini qazanaraq "Avro-2020" çempionatında iştirak üçün çox böyük addım atdı.

Hal-hazırda Fransa ilə eyni xal toplamışam Türkiyə məhz Fransanı məğlub etdiyi üçün qrupa liderlik edir.

Möhtəşəm!

Darıxmışdıq Türkiyənin oyunlarından zövq aldığımız günlər üçün. Ümid edirik hər şey daha yaxşı olacaq.

Bəs son illərdə Türkiyənin uğursuzluğunun səbəbi nə idi? Niyə heyətində daha güclü və daha təcrübəli oyunçular olduğu vaxt Türkiyə bərbad çıxışları ilə hər kəsi məyus edirdi?

Deyim də...

Türkiyə Millisinin o uğursuzluqlarının əsas səbəbi Fatih Terim təfəkkürü və qalatasaraylı oyunçular idi.

Fatih Terim şəxsi məsələlərini oyunçularla münasibətinə alət edirdi. Bir oyunçu ilə münasibəti pis idisə, dünyanın ən güclü oyunçusu olsa belə onun başına oyun açırdı. Milliyə çağırmırdı, çağıranda oyuna salmırdı. Guya kişinin oğlu prinsipialdır da!

Ya da layiq olmasa belə hansısa oyunçunu sırf münasibəti yaxşıdır deyə, qalatrasaraylıdır deyə milliyə çağırıb oynadırdı. Fatih Terimin də qalatasaraylı oyunçularda yaratdığı eqo isə komandada mənfi auranın yaranmasına səbəb olurdu.

Elə buna görə də Türkiyə millisi daha güclü oyunçuları olan dönəmdə heç nə edə bilmədi.

İndi isə oyunçular arasında münaqişə yoxdur. Nə Fatih Terim yoxdur ki "prinsipə" düşüb kiminsə karyerası ilə oynasın, nə də komandada ağalıq iddiasına düşən lazımsız oyunçular yoxdur. Komandanın başında bizə 2002-ci ildəki sevinci (Türkiyənin Dünya Çempionatında 3-cü yeri qazanması) yaşadan Şenol Günəş yenidən komandanın başındadır. İşinə şəxsi məsələləri qatmayan, bütün məsələlərdə rasioanl davranmağa çalışan Şenol hoca ilə Türkiyənin yenidən Günəşli günlər görməyə başladı. Ümid edirik ki, bu Günəşin işığı bu səfər daha parlaq olacaq. 

Düzü indi qalatasarayın heyətində milliyə göndərə biləcəyi türk oyunçunun olmamağının da buna təsiri var. Bu da bir maraqlı faktdır.

Əvvəl "Fenerbahçe"də 5 xarici oyunçu (legioner) olanda türklükdən danışan, türk komandasında türk oyunçuların oynamalı olduğunu deyən qalatsaraylılar indi komandalarının meydana 11 qaradərili ilə çıxmağına söz demir.

Nə demək olar...

Araşdırın görün, bəlkə kolumbiyalıların da kökü türklərə çıxır, Falkao da əsl türk oğlu türkdür!