adalet.az header logo
  • Bakı 20°C
13 Sentyabr 2019 09:08
22879
SİYASƏT
A- A+

DAĞLIQ QARABAĞDA TƏHLÜKƏLİ SEÇKİ SSENARİSİ - Asəf Quliyev yazır

Ötən Bazar günü işğal altında olan Dağlıq Qarabağda ermənilər yerli idarəetmə orqanlarına seçkilər keçirdilər.

Bu seçkilərə 3 mənbədən verilən reaksiyanın analizi Azərbaycanın zərərinə olan çox ciddi situasiyanın yarandığından xəbər verir.

BİRİNCİ REAKSİYA: Dağlıq Qarabağda Bako Saakyan hakimiyyətinə ən qatı müxalif olan qüvvələr seçkilərin nəticələrini şərh edərkən seçkinin məhz xalqın iradəsi ilə keçirildiyini vurğulayıb.

İKİNCİ REAKSİYA: Azərbaycandan olan reaksiyalar bu seçkilərin qanunsuz olduğu barədə şablon bəyanatlarla yekunlaşdı.

ÜÇÜNCÜ REAKSİYA: Beynəlxalq birliyin Dağlıq Qarabağ münaqişəsinin həllinə vəkil etdiyi ATƏT-in Minsk Qrupu seçkilərin keçirilməsində heç bir qəbahət görmədiklərini bəyan ediblər.

Bu üç reaksiyadan çıxan nəticələr:

Birinci: Ermənilər Dağlıq Qarabağdakı idarəetməni legitimləşdirməyə girişib.

İkinci: Beynəlxalq birlik Dağlıq Qarabağdakı idarəetmənin demokratikliyinə nail olmağa çalışır.

Üçüncü: Dağlıq Qarabağdakı idarəetmənin demokratikliyinin dünya tərəfindən qəbul olunması Azərbaycan üçün ciddi zərbə olacaq.

Dördüncü: Paşinyan çevrilişindən sonra Dağlıq Qarabağdakı idarəetmənin demokratikləşdirilməsi cəhdi Ermənistanın demokratik imicinə müsbət çalarlar əlavə edəcək.

Göründüyü kimi ermənilər beynəlxalq birliyin dəstəyi ilə Azərbaycan üçün çox ağır nəticələri ola biləcək prosesə start verib.

Bu situasiyada Azərbaycan hansı addımları atmalıdır?

BİRİNCİ: Azərbaycan işğal altında olan və Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisi olmayan və etnik təmizlənmə aparılmış bölgələrdə seçkilərin keçirilməsini işğalın təzahür forması kimi dünya birliyinin diqqətinə daha ciddi formada çatdırmalıdır.

İKİNCİ: 86 min nəfər Dağlıq Qarabağın Azərbaycanlı İcmasının hüquqlarının daha fəal qorunması üçün addımlar atılmalı və İcma rəhbərliyinin dünyanın beyin mərkəzlərində görüşləri təşkil olunmalıdır.

ÜÇÜNVCÜ: Ermənistanın baş nazirinin BMT-də çıxışından əvvəl bu istiqamətdə ciddi iş aparılmalıdır.