QARABAĞ SURƏSİ (2002) - Murad Köhnəqala yazır

18253 | 2019-09-13 09:24

Kimin yadında deyilsə, yadına salacağıq (1) Televizorda da göstərdilər o ananı (2) Otaqda qız nəvəsi ilə (3) ana danışdı ki, ermənilər gəlib qəfil üstümüzü aldılar (4) Vuruşan vuruşurdu, qaçan-qaçırdı (5) Yadınızdadırmı, ana ağlaya-ağlaya danışırdı ki, oğlumu, yəni, bu uşağın atasını ermənilər əsir tutdular (6) Yadınızdadırmı, söhbətin burasına çatanda qız ağlaya-ağlaya o biri otağa qaçdı (7) Oğlumun körpə oğlu, bu körpə qız, bir də mən qışqıra-qışqıraqalmışdıq (8) Ermənilər oğlumdan soruşdular ki, bu uşaqlar sənindirmi (9) Oğlum dedi, hə, mənimdi (10) Dedilər, denən, Qarabağ ermənilərindi, səni buraxaq (11) Oğlum bir bizə baxdı, bir ermənilərə, dedi Qarabağ bizimdi (12) Ermənilər dedi, ayə tərslik eləmə, denən Qarabağ ermənilərindi, səni buraxaq (13) Mən də qışqırdım, uşaqlar da ətəyimdən tutub qışqırışırdılar (14) Bax bu qız nəvəm qışqırırdı ki, ata, denən onlarındı, qoy səni öldürməsinlər (15) Oğlan nəvəm lap körpə idi, ağlı o qədər kəsmirdi, o eləcə qışqırıb ağlayırdı (16) Yadınızdadırmı, ana söyləyirdi ki, mən də ağlaya-ağlaya yalvarırdım ki, oğul, denən onlarındı, balalarını yetim qoyma (17) Oğlum yenə dedi Qarabağ Azərbaycanındı (18) Ermənilər oğlumu məftillə ağaca sarıdılar (19) Dedilər, denən Qarabağ ermənilərindi (20) Oğlum dedi, Qarabağ bizimdi (21) Döydülər-döydülər, ay allah, dedilər denən (22) Uşaqlar atasının bu halına baxıb mələşir, mən ağlayıb oğluma yalvarıram (23) Ancaq bizi ona yaxın buraxmırlar (24) Erməninin biri oğlumun üstünə benzin tökdü (25) Qız qışqırdı ki, ay ata, qurban olum, səni yandıracaqlar, de (26) Oğlum bizə baxıb qışqırdı ki, Qarabağ Azərbaycanındı (27) Erməni əlində kibriti yandırıb dedi ki, axırıncı dəfə deyirəm, desən Qarabağ ermənilərindi, səni buraxacağıq (28) Oğlum dedi ki, mən o sözü deməyəcəm, rədd olun bizim torpaqlardan (29) Erməni yanan çöpü ona tərəf atdı (30) Oğlum qışqıra-qışqıra yanırdı (31) Mən onun balalarını ordan aralayıb qaçırdım (32) Ancaq körpələr qışqıra-qışqıra geri, yanan atalarına baxırdılar (33) Mən körpələri qolubağlı alovun içində qışqıraraq yanan oğlumun səsindən uzaqlaşdırırdım (34) Oğlumun harayı o gündən bir dəqiqə də olsun nə yuxuda, nə də ayıq olanda qulağımdan getmir (35)

Ananın televizorda danışdığı bu əhvalat yadınızdadırmı? (36) Qarabağ uğrunda mütləq müharibə etməlisiniz (37) Ey azərbaycanlılar, Qarabağ yanan o ağdamlı oğlanındır, onun haqqını mütləq özünə qaytarmalısınız! (38)


TƏQVİM / ARXİV