adalet.az header logo
  • Bakı 17°C
11 Sentyabr 2019 09:30
8344
HADİSƏ
A- A+

Bakıda itkin düşən 13 yaşlı qız tapıldı

Paytaxtda itkin düşən azyaşlı tapılaraq ailəsinə təhvil verilib.

Bakı şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, Suraxanı RPİ 31-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 30-da gecə saatlarında Yeni Suraxanı qəsəbəsində yaşadığı evdən naməlum istiqamətə gedərək, itkin düşən 2006-cı il təvəllüdlü Nelli Ağayeva tapılaraq ailəsinə təhvil verilib.

Polis əməkdaşları tərəfindən azyaşlının valideynləri ilə profilaktiki söhbət aparılıb, onun üzərində nəzarətin artırılması tövsiyə olunub.