Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | Azərbaycanda uşaq ölümü dünyadakı göstəricidən çoxdur - AÇIQLAMA Adalet.az | Azərbaycanda uşaq ölümü dünyadakı göstəricidən çoxdur - AÇIQLAMA Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / SAĞLAMLIQ

Azərbaycanda uşaq ölümü dünyadakı göstəricidən çoxdur - AÇIQLAMA

1473    |   2019-09-10 17:57
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Milli Məclisin 2019-cu il payız sessiyası dövründə "Qida təhlükəsizliyi haqqında" qanun layihəsinin müzakirəyə çıxarılması gözlənilir.

Milli Məclisin Aqrar siyasət komitəsinin sədr müavini Eldar QuliyevOxu.Az-a açıqlamasında qida təhlükəsizliyinin həyata keçirilməsi ilə bağlı təkliflərini verib.

O deyib ki, Azərbaycanda Qida Təhlükəsizliyi Agentliyi tam gücü ilə fəaliyyət göstərir.

Deputat bildirib ki, Azərbaycanda qida təhlükəsizliyinin təmin olunması ilə bağlı iş aparılır.

E.Quliyev görüləcək işlərin çox olduğunu da bildirib.

"Müasir avadanlıqlarla məhsullar yoxlanılır. Ekoloji təmiz məhsullar olmalıdır. Yoxlamalar getsə də, tez-tez zəhərlənmə hallarına rast gəlinir", - deyə E.Quliyev əlavə edib.

Millət vəkili qeyd edib ki, qida təhlükəsizliyi ilə bağlı nəzarət güclü olsa da, görülən tədbirlər buna adekvat deyil:

"Bir də görürsən yazırlar ki, filan rayonda 10 nəfər zəhərləndi. Nədən zəhərləndi, buna görə kim məsuliyyət daşıyır? Bu məsələ qabardılmır. Bu da bizi narahat edir. Bəzən işbazlar mənşəyi bilinməyən məhsullardan qida istehsal edirlər".

E.Quliyev bildirib ki, məsələyə eyni yanaşma da olmalıdır. O, uşaqların qidalanmasına da diqqət çəkib:

"Bizi ən çox maraqlandıran məsələ uşaqların qidalanmasıdır. Azərbaycanda beşyaşına qədər uşaqlar arasında ölüm səviyyəsi hələ dünyadakı orta göstəricilərdən artıqdır. Bu da uşaqların düzgün qidalanmaması və mənşəyi bilinməyən məhsulların uşaqlara verilməsidir. Digər məsələ isə analarla bağlıdır. Ana uşağa minimum altıay süd verməlidir".




İmza:

Azərbaycanda əhali arasında ən çox rast gəlinən xəstəliklər BUNLARDIR

Antibiotiklərlərin satışına nəzarət artırılsın - TƏKLİF

Aşura günü qan verən 49 nəfərdə sifilis aşkarlanıb

Nazirlikdən Balakəndə yayılan naməlum xəstəliklə bağlı - AÇIQLAMA

Mərkəzi Gömrük Hospitalının həkimlərinin elmi məqaləsi ABŞ-da dərc olunub

Kardioloq təhlükəli yuxu formalarından danışdı

Bu qidalar xərçəng xəstəliyindən xilas edir - SİYAHI

Azərbaycanda insanlar ən çox nədən zəhərlənir? - AÇIQLAMA

Qıcolması olanlar bu müəssisələrdə işləyə bilməyəcəklər

Azərbaycanda uşaq ölümü dünyadakı göstəricidən çoxdur - AÇIQLAMA

Mərkəzi Gömrük Hospitalının kardioloqları Parisdə beynəlxalq konqresdə iştirak ediblər

İndiyədək Aşura ilə əlaqədar keçirilən qanvermə aksiyasında 2430.5 litr qan toplanıb

SON XƏBƏRLƏR
2019-09-19


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Sevilya"?

"Qarabağ" (66.67%)
"Sevilya" (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK