Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | Mərkəzi Gömrük Hospitalının kardioloqları Parisdə beynəlxalq konqresdə iştirak ediblər Adalet.az | Mərkəzi Gömrük Hospitalının kardioloqları Parisdə beynəlxalq konqresdə iştirak ediblər Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / SAĞLAMLIQ

Mərkəzi Gömrük Hospitalının kardioloqları Parisdə beynəlxalq konqresdə iştirak ediblər

1275    |   2019-09-10 17:54
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Mərkəzi Gömrük Hospitalının invaziv kardioloqu Samir Mustafayev, kardioloqlar Günay Məmmədova, Məlakə Məmmədova və Günay Hətəmova Avropa Kardiologiya Cəmiyyətinin və Ümumdünya Kardiologiya konqresinin təşkilatçılığı ilə 31 avqust-4 sentyabr tarixlərində Fransanın Paris şəhərində keçirilən Beynəlxalq Kardiologiya (ESC 2019) konqresində iştirak ediblər.

Hospitaldan verilən məlumata görə, konqresə Almaniya, Yaponiya, İngiltərə, Türkiyə, Rusiya və Danimarka ölkələri də daxil olmaqla, dünyanın 150 ölkəsindən 35 000 kardioloq qatılıb.

Beynəlxalq konqresdə dünyanın nüfuzlu kardioloqları, kardiocərrahları, invaziv kardioloqları, kardiologiya sahəsində elmi araşdırmalar aparan mütəxəssislər ürək-damar xəstəliklərinin müalicəsi və cərrahiyyəsi sahəsində əldə edilmiş nailiyyətlər, ən yeni müalicə metodları və son yeniliklərlə bağlı məlumatlar verib və qabaqcıl təcrübəni paylaşıblar.

Qeyd edək ki, bu konqres, bir qayda olaraq nəinkisessiyalarda, həmçinin, interaktiv müzakirə forumlarında innovasiyalı tədqiqatların təqdim edilməsi üçün bir platformadır. Beş gün davam edən konqresdə 500-dən artıq tibbi seans nümayiş etdirilib. Avropa Kardioloqlar Cəmiyyətinin konqresi (ESC 2019) kardiologiya sahəsində çalışan mütəxəssislərin ürək xəstəliklərinə qarşı mübarizəyə həsr olunmuş ən böyük toplantıdır.




İmza:

Azərbaycanda əhali arasında ən çox rast gəlinən xəstəliklər BUNLARDIR

Antibiotiklərlərin satışına nəzarət artırılsın - TƏKLİF

Aşura günü qan verən 49 nəfərdə sifilis aşkarlanıb

Nazirlikdən Balakəndə yayılan naməlum xəstəliklə bağlı - AÇIQLAMA

Mərkəzi Gömrük Hospitalının həkimlərinin elmi məqaləsi ABŞ-da dərc olunub

Kardioloq təhlükəli yuxu formalarından danışdı

Bu qidalar xərçəng xəstəliyindən xilas edir - SİYAHI

Azərbaycanda insanlar ən çox nədən zəhərlənir? - AÇIQLAMA

Qıcolması olanlar bu müəssisələrdə işləyə bilməyəcəklər

Azərbaycanda uşaq ölümü dünyadakı göstəricidən çoxdur - AÇIQLAMA

Mərkəzi Gömrük Hospitalının kardioloqları Parisdə beynəlxalq konqresdə iştirak ediblər

İndiyədək Aşura ilə əlaqədar keçirilən qanvermə aksiyasında 2430.5 litr qan toplanıb

SON XƏBƏRLƏR
2019-09-19


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Sevilya"?

"Qarabağ" (66.67%)
"Sevilya" (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK