adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
10 Sentyabr 2019 17:08
27765
MARAQLI
A- A+

Avropanın ən çox alkoqol içilən ölkələri hansılardır?

Avropanın ən çox spirtli içki içilən ölkəsi Litvadır.Burada adambaşı 15 litr təmiz spirt düşür.

Ekspertlər 30 ölkə üzrə məlumatları nəzərdən keçiriblər.

Dünya Səhiyyə Təşkilatının Avropa ölkələrində alkoqoldan istifadə barədə hesabatında belə deyilir.

İkinci yeri Çexiya (14,4 litr), üçüncü yeri Almaniya (13,4 litr) tutur.

Onların ardınca İrlandiya, Lüksemburq, Latviya, Bolqarıstan, Fransa, Rumıniya və Sloveniya gəlirlər.

Orta hesabla, 15 yaşını keçmiş Avropa sakini həftədə 2 şüşə içki içir. İçməyən şəxslərin də olduğunu nəzərə alsaq, alkoqoldan istifadə edənlər üçün bu göstərici 3 şüşəyə qalxır. Ekspertlər onu da qeyd ediblər ki, alkoqollu içkilərdən bu qədər istifadə sağlamlığa ziyandır.

Mütəxəssislər qeyd ediblər ki, hər il Avropada alkoqoldan istifadə səbəbindən 290 min insan ölür.