adalet.az header logo
  • Bakı 7°C
10 Sentyabr 2019 17:04
27234
MARAQLI
A- A+

Alimlər elmə məlum olmayan mikroorqanizmlər tapıb

Toronto Universitetinin alimləri Kanadadakı Kidd mədəninin sularında yaşayan birhüceyrəli mikroorqanizmlər aşkar ediblər.

Onlar suyun yad süxurlarla qarşılıqlı təsirindən yaranan kimyəvi maddələri udmaqla sağ qalırlar. Sözügedən kəşfYerdə həyatın necə yarandığını və onun başqa planetlərdə mövcud həyat şərtlərinə nə dərəcədə tab gətirə biləcəyini öyrənməyə kömək edəcək.

Tədqiqatçılar piritin (dəmir disulfid) günəş işığı və oksigen olmadığı halda belə orqanizmin həyat şərtlərini saxlamağına kömək etdiyini bildiriblər. Bu iddia həmin orqanizmlərin yeraltı su anbarlarında necə yaşamasının açıqlamasını verir. Məlumdur ki, yerin səthinin dərinliklərində trilyonlarla birhüceyrəli varlıq ola bilər.

Yeraltı mikroorqanizmlərin aldığı enerji miqdarı az olduğundan onlarda maddələr mübadiləsi həddindən artıq yavaş gedir. Nəticədə, onlar min illərlə heç bir dəyişikliyə uğramadan yaşaya bilər.

Elm adamları açıq mikroblar və digər yeraltı birhüceyrəlilər arasında ailə bağlarının olub-olmadığını müəyyən etmək üçün DNT analizi aparmağa hazırlaşdıqlarını bildiriblər.