adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
10 Sentyabr 2019 16:58
15735
MƏMLƏKƏT
A- A+

Naxçıvanda Aşura mərasimi keçirilib

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Naxçıvan şəhərindəki Cümə məscidində keçirilən Aşura mərasimində iştirak edib.

Mərasimdə "Qurani-Kərim”dən ayələr oxunub, dualar edilib, ehsan verilib.

Dindar Ağalar Bayramov bildirib ki, muxtar respublika inkişaf edir, abadlaşır, quruculuq işləri aparılır.

"Bununla yanaşı, mənəvi dəyərlərimiz də qorunur, yeni məscidlər tikilir, dindarlar üçün ibadət şəraiti yaradılır. Aşura mərasimlərininİslamın dəyərlərinə uyğun qeyd olunması da bu tədbirlərin davamıdır".

Ağalar Bayramov dini-mənəvi dəyərlərimizin yaşadılması sahəsində həyata keçirilən tədbirlərə görə muxtar respublika dindarları adından Ali Məclisin Sədrinə minnətdarlıq edib.

Məhərrəm ayının 10-cu günü - Aşuraİslamtarixinə İmam Hüseyn və tərəfdarlarının haqq uğrunda şəhadətə yetişdiyi gün kimi daxil olub. İmam Hüseyn islahatçı olub, insanları doğruya dəvət edib, bu yolda öz həyatını və yaxınlarını qurban verib. Bu mənada Aşura mərasimləri yalnız yas tutmaq deyil, həm də İmam Hüseynin yolunun davam etdirilməsi,İslamdininə sadiqlik deməkdir. Muxtar respublikada keçirilən Aşura mərasimlərində də insanlar bu mənəvi dəyərlər ətrafında həmrəy olub, məscidlərdə qanvermə aksiyaları keçirilib, ehtiyacı olanlara həyat verilib.