adalet.az header logo
  • Bakı 13°C

Məni döymələrinə niyə icazə verdim ?! - Ulucay Akif yazır

20225 | 2019-09-10 14:37

Keçən səfər məni adını ilk dəfə eşitdiyim bir kanalın verilişinəqonaq çağırmışdılar. Düzü getməkistəmirdim,amma verilişin aparıcısı olan xanım dostum israrla çağırdı, mən də hörmətsizlikolmasın deyə getdim.

Kanalın binası mənə niyəsə qaçqın yataqxanalarınıxatırlatdı. Bütün otaqlardan yemək qoxusu gəlirdi. Ac idim, amma qoxularbiri-birinə qarışıb ürəyimi bulandırmağı bacardı. Çəkilişin olacağ pavilyonuaxtara-axtara otaqlara, otaqlardan çıxan adamlara baxırdım. Burada işləyənlərinəksəriyyəti qadınlar idi. Vacib iş görürmüş kimi bir otaqdan çıxıb o biri otağagirən şit makiajlı qadınlar.

Daha çox orta yaşlı və yaşlıkateqoriyasına aid olan bu xanımların burada evdar xanım olmamaq üçün işlədiyiçox yaxşı hiss olunurdu. Yəni "əsas odur başımı qatmağa iş olsun” deyib işləyənbu xanımlar yenə də evdar xanım idilər. Çünki otaqlardan gələn uğultulusöhbətlərin qeybət olduğuna əmin idim. Amma yenə də fərqi var da... Biri varevdə oturub qohum-qonşunun qeybətini edəsən, biri də var işdəkilərin. Dəyişiklikyaxşı şeydir...

Nəhayət çəkilişin olacağı pavilyonutapdım. Vaxta həlkə var idi deyə keçib bir kənarda əyləşdim. Pavilyondan dayemək qoxusu gəlirdi. Artıq bu qoxuların beynimə işləməyə başlamışdı. Eləbil yemək qaşığını başımın içinə salıbbeynimdən götürürdülər.

Uzağı 1 saatçəkəcək, ondan sonra buradan xilas olacam. Hə, artıq buradan xilas olmaqistəyirdim. Başqa şey haqqında düşünməyə çalışırdım.

Bir dəgördüm kimsə çiynimə toxundu. Təxmini 30 yaşında bir oğlan idi.

- Sən dəverilişə gəlmisən, qaqaş?

- Hə,verilişə gəlmişəm – "qaqaş” sözünü eşitməmiş kimi davranmağa çalışdım.

- Qonaq kimigəlmisən, yoxsa tamaşaçı kimi?

- Qonaq.

- Adın nədir,qaqaş?

İçimdən"olur da belə şeylər" deyib cavab verdim:

- Ulucay Akif!

- Akif, Akif,Akif... Hə, tapdım, yazmışam! - əlindəki siyahıda adımın qabağına "+"işarəsi qoydu.

Keçib qonaq yerində oturmaq istəyəndə məni saxladı:

- Getmə, Akif. Ödəniş olunmalıdır birinci.

- Pul lazım deyil, qalsınsizdə - elə bildim qonaqlara qanorar (pul) verirlər.

- Biz ödəmirik e! Siz ödəməlisiniz – gülərək dedi.

Get-gedəəsəblərimin pozulmağa başladığını hiss etdim. Bir tərəfdən də kəskin bozbaşqoxusunun beynimin ən dərin yerinə nüfuz etdiyini hiss edirdim.

- Mən niyəpul ödəməliyəm? – tamamilə sakitmiş kimi soruşdum.

Elə buməqamda digər qonaqlardan biri mənlə söhbət edən prodüsserə yaxınlaşdı.Ortayaşlı və yaşlı arasında bir xanım idi.

- Elnur,ala! Keçən səfər də verməmişdim. Bir də bugünün pulunu çıxarsan - deyib 50manat uzatdı.

Oğlan pulugötürüb cibindən bir topa pul çıxardı. Pulu 50-liklər arasına qoydu vəəlindəki pullara baxıb qadına dedi:

- Almaz xanım, 10 manat yoxdur. Çəkiliş bitəndə verərəm 10 manatınızı.

Almaz xanımın üzündəki xoşbəxtliyi görməli idiniz. Gözləriparıldaya-parıldaya studiyadakı kameralara, işıqlara baxırdı:

- Eybi yox! 10 manat qalsın, onsuz da gələn həftə yenə gələcəm.20 yox, 10 manat verərəm - dedi və iki əli ilə paltarının yanlarını, yaxasınıdüzəldib cəld addımlarla oturacağı yerə keçdi.

Riyaziyyatım çox güclüdür deyə sürətli hesablama etdim:

- İndi mən 20 manat ödəməliyəm?

- Yox, Akif...

- Akif yox, Ulucay!

- Necə?

- Uuuuu - Luuuuu - Cayyyy!

- Hə, Uluçay.

- Ç yox, C!

- Hə, Ulucay. Nə maraqlı addır. Mənası nədir?

Bozbaşqoxusunu göyərti qutabının qoxusunun da müşaiyət etdiyini hiss edib cin atınamindim.

- 20 manatödəməliyəm mən də?!

- Yox. 30 –bir az qorxaraq cavab verdi.

- 30 niyə?!bayaqkı xanım 20 ödədi axı.

- Ulucay bəy(istəyəndə demək adımı düzgün deyə bilirmiş, həm də "qaqaş”sız), Almazxanım verilişin daimi qonağıdır. Həm də onu bütün ölkə tanıyır.

- Bütün ölkə tanıyır deyə 20 manat ödəyib bu verilişə gəlir?

- Nə deməkistədiyinizi başa düşmədim...

- Təəccüblənmədim!

Bu məqam verilişin aparıcısı olan xanım dostum məni görübyaxınlaşdı. Görüşdük. Əsəbimi boğub gülümsəməyə çalışdım. O da vəziyyətin nəyerdə olduğunu anladıki, məni prodüsserin əlindən alıb kənara çəkdi:

- Ulucay. Nolub,niyə əsəbləşmisən?

- Məndən pulistədi veriliş üçün. Hələ "qaqaş” da deyir mənə.

- Səncanıüzrlü say. Burda qonaqlar pul ödəyir. Səndən pul almayacaqdıq deyə demək dəistəmədim. Prodüsseri də xəbərdar eləmək yadımdan çıxmışdı.

- Eybi yox. Olan şeydir (içimdə isə hələ də "belə şeyolar?!" deyirdim).

- Keç əyləş, birazdan başlayacağıq verilişə.

Əslində xanım dostum savadlı jurnalistdir, amma iş baxımındanhamının bəxti gətirmir də.Heç kimi də qınamaq olmur ki. Kim olsaqda, necə olsaq da, hamımız bir tikə çörəyin dalınca qaçırıq (ya da hamımızyox). Nəysə e...

Verilişin mövzusu ədəbiyyatla bağlı idi. Digər qonaqlarının heçbirini tanımırdım. Orta yaşlı və yaşlı adamlar idi. İki xanım, iki kişi.

Heçdanışmırdım. Elə hirs içində oturub vaxtın keçməyini, verilişin tez bitməyinigözləyirdim. Nəsə söhbətəsnasında necəsə oldu, gücümü toplayıbbir məsələyə fikrimi bildirdim.Elə bayaqdan öz aralarında şirin-şirin danışan "veteranlar” nəsə deməyimi gözləyirmişdüşdü üstümə. Əslində belə məqamlarda həmişə gülərək reaksiya verirəm, ammahəmin an izah edə bilməyəcəyim hislər keçirirdim və tormuzlanmışdım. Bozbaş qoxusu da çəkilmək bilmirdiki bilmirdi.

Elə qoxununtəsirindən təzəcə çıxıb ayılmağa çalışırdım ki, bayaq 50 manat verənAlmaz xanımın bazarda başqa satıcıyla dalaşansatıcılar kimi üstümə qışqırdığını eşitdim:

- Sən ViktorHüqonun "Səfillər" romanını oxumusan?!

Deyəsən mənə o əsər üzərindən nəsə izah edəcəkdi, amma "nokaut”dan tez ayıldım vəHüqo müəllimin adının belə verilişdə çəkilməməsi üçün "Yox, tanımıram. Okimdi?" dedim.

Təxminən yarım saat da buna görə üstümə qışqırdılar. Elə bil rinqin küncünə sıxılıb bütünzərbələri qarşılamaqla məşğul idim.

Eybi yoxsas odur Viktor Hüqonun adının elə verilişdə çox hallanmasınınqarşısını aldım.

Ədəbiyyat qurban tələbedir!

TƏQVİM / ARXİV