adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7

Batumidə ermənilərə necə acıq verdik? - Eminquey yazır

EMİNQUEY AKİF
63784 | 2019-09-10 14:31

Bu yazı bəzək-düzəksizdir. Mən Batumini sadəcəkamera gözüylə izah etməyə çalışacam.

Nəhayətki çatdıq.

Qaradənizin ulduzu -Batumi...

Liman şəhəri...

Neftimizin son mənzili...

Acarıstan Muxtar respublikasının paytaxtı...


Saat qülləsi, Əlifbabinası, hündürmərtəbəli binalar, bulvar boyu açıq çimərlik, çınqıllı sahil,Qara dəniz...

Otelə çatanda yağışbaşlamışdı. Hamımız dilxor idik. Bu yağışda haranı gəzə biləcəyik ki?Əşyalarımızı yerləşdirdik. Tapşırdılar ki, gözləyək, gəzintiyə çıxsaq xəbər edəcəklər.Hamının üzündən otel narazılığı yağırdı. Otaqlarda Allahın başmağı belə yoxidi.

İstirahətin dadınıçıxarmaq lazımdır, dadını. Neyləmək lazımdır? Marketə gedib qəşəngcə pivəalmaq, eyvanda oturub mənzərəni seyr edərək keflənmək lazımdır. Bakıda 4 manataiçdiyimiz pivəni marketdə 2 manata görüb sevindik.

- Həsən, pivəni götür, getdik e…

Biz pivəmizi içməkdəolaq, zaman keçsin, qəfil yağış kəssin və Gün özünü göstərməyə babaşlasın. Eləbil göylər də bizim otel dilxorluğumu görüb könlümüzü almaq istəyirdi. Xəbər gəldiki, saat 4-də çıxırıq gəzməyə. İlk səfərimiz Batuminin "Botanikabağı" olacaq.


Düşündük ki, yoldaac qalmayaq deyə nəsə yeyək. Batumi özxaçapurisi ilə məşhurdur. Acariya xaçapurisini yeyəndən sonra adam 4-5 saatacmır. Təndir çörəyinə bənzəyir. Qayıq formasında hazırlanır. İçində acıpendir, yumurta və yağ olan bu acarurini yemək səbr tələb edir. Bir qırağındanqırıb içinə batırıb yavaş-yavaş yeyirsən. Bizim yanımızda sarı bir pişik də uzanıb özü üçün şellənirdi. Dostlaşmışdım. Adını da Acaruri qoymuşdum.

Amma ağız dadımauyğun olmadı bu Acaruri, elə yoldaşım Həsənin də. Nədənsə kafelərdə,restoranlarda gürcülərin servisi çox zəifdir, ləngdir.

Qara dəniz ayaqlarımızın altında


Biz Botanika bağınaçatanda günorta idi. Botanika bağının girişində bazar var. Cürbəcür suvenirlərsatırlar. Dondurma, çay, şirə, nə istəsəniz var. Ləzzətli dondurma alıb dəmiryoluna yaxınlaşdıq. Mənzərənin gözəlliyinə valeh oldum. Mütləq burada bir fotomolmalıdır. Yol yoldaşım Həsənə dedim:

- Relslərin üstündə otururam, elə çək ki, qatar gəlibvurmasın.

Gülüşdük...

Sonra bağın girişindəkibazara qayıtdıq. Alış-veriş üçün vaxt veriblər. Müxtəlif suvenirlər, əşyalar satılanyerdi. Həm də kiçik kafelər var. Yaşlı qadın satıcılar üstünlük təşkil edir.Xaç işarəsi olan bir boyunbağını bəyəndim.

- Skolko lari?

- 10.

Danışığından erməniyəbənzətdim. Tez-tez "ara” sözündən istifadə edirdi.

- Kakoy narod? – deyə soruşdum.

"Gürcüyəm” – deyəcavab verdi.

Sonra üstündə Batumiyazılan fincan, külqabı da aldım. Hərəsi 3 lariyə.


Bağa daxil olan kimiağacların, otların qoxusu ciyərlərinə yağ kimi yayılır. Yollarsa üzü yuxarıdır,dikdir. Gəzdikcə dayanır, bağın qoxusunu ciyərlərimizə doldurub yenidən davamedirik. Müxtəlif ağaclar var, üstlərində adları yazılsa da, geniş məlumatyoxdur. Onsuz da insanlar bu bağa sadəcə gözəllikdən zövq almaq üçün gəlirlər.Adlar önəmli deyil.

Batuminin Botanika bağı – dünyanın ən iri botanika bağlarından biridir.Faunanın ən nadir və gözəl nümayəndələrinin toplandığı bu yer 1880-ci ildərusiyalı alim Andrey Krasnov tərəfindən salınıb və hamı üçün qapılarını 1912-ciildə açıb.

Botanika bağı 21hissəyə bölünür. Sahəsi 110 hektar olan bağda beş mindən çox bitki növü var:yapon sakurası, maqnoliya, ekvalipt, müxtəlif növ kaktuslar, bambuklar,palmalar, kiparislər və sairə. Botanikabağında hətta dünyanın ən yaşlı ağacı belə qorunub saxlanır. Botanika bağıAcarıstanda turistlərin ən çox üstünlük verdiyi yerlərdən biridir. Bağa girişbileti 15 laridir.

Yolumuz Botanikabağının ən hündür nöqtəsinədir. O qədər böyükdür ki, buranı gəzmək üçün ən azı7-8 saat lazımdır. Çatmışıq. Eyvana yaxınlaşanda hündürlükdən görünən mənzərənigörən kimi ürəyimin döyüntüsü sürətləndi. İlahi, bura cənnətdirmi? Bəlkə AdəmləHəvvanı burdan qovmusan? Bəlkə bu gözəlliklər içində yaşadığı üçün Adəmin ömrüo qədər uzun olmuşdu? Yoldaşım Həsən bu məqamda dilləndi:

- Emin, burada adam yaşasa ən azı 120 il yaşayar e.

- Hə, mən də bunu düşünürdüm. Burda siqaret çəkmək dəziyan olmaz. Burdan ciyərini zəhərləyirsən, ordan da təbiət ciyərlərinə dolur,təzələnirsən.

Hamı axışdı eyvana. Şəkilçəkdiririk durmadan. Qara dəniz ayaqlarımızın altındadır.Bizə verilən vaxtın bitməyinə az qalıb. Çıxışa doğru irəliləyirik.

Növbəti dayanacaq Maxunçeti şəlaləsidir.

***


Batumidən 30kilometr aralıda Tamara körpüsü və Maxunçeti şəlaləsi yerləşir.

ÜmumilikdəAcariyada 25 tağlı körpü qalıb, Tamara körpüsü onlardan ən böyüyüdür.Adjariçxali çayının üzərində qaya daşlarından tikilən körpü konstruksiyasının dəqiqliyivə sıxlığı ilə heyran edir. Körpünün təxminən 900 il bundan əvvəl inşa edildiyiehtimal olunur. Tamara körpüsü Gürcüstan mühəndisliyinin möhtəşəm nümunəsidir.

Körpününyanlarında heç bir təhlükəsizlik tədbiri görülməyib. Əgər başın fırlansa,ayağın büdrəsə, vəssalam, aşacaqsan çaya.


Dar cığırlagəlib çatırıq şəlaləyə. Oksigen bolluğuna düşmüşük. 7 metrlik şəlaləlidir.Töküldüyü yeri iri daşlarla bağlayıb gölməçə yaradıblar. Qırğıza oxşayan oğlanbumbuz suda çimir. Kimdisə əməllicə hazırlaşıb. Saatı suda da işləyir.Ayaqqabıları rezindi. Bir qız da var, qaraşındı. O da qırğızdan geri qalmır.Onu görürəm, canıma üşütmə düşür. Qız sudan çıxdı, köynəyini yaş-yaş əyninəgeyinib getdi. Mən belə etsəm, gərək bir ay xəstə yatam.

Daşa söykənibbir siqaret yandırdım.

Adamlarabaxıb düşünürəm. Bizim təbiətə olan sevgimiz, istirahət üçüb dağa, şəlaləyə,çaya qaçışımız min illər əvvəlki yaşayış tərzimizlə bağlıdır. Amma min illərqabaq telefon yox idi. Bura istirahətdən çox şəkil çəkdirməyə gələnlər çoxdur.

Naharvaxtıdır.

Bizi buranınən hündür yerində yerləşən restorana gətirdilər. Artıq şəkili Rəhim dayı vədoktor Yalçınla tanış olmuşuq. Onlar birnəfəsə lətifələr danışır, gülüşürük. Həsənsanki birinci dəfə idi şəkili görürdü.

- Siz lətifə danışmasaz belə adam gülmək istəyir.Çox şirindi danışığınız.

Menyuya gözgəzdirdikdən sonra qərar veririk ki, Batumidə əsl gürcü xəngəlinin dadınabaxmaq olar. Amma sizə deyim ki, buraların ofisiantları kobuddur. Biz gürcü xəngəlinisifariş verənə kimi bir neçə dəfə fikrimizi dəyişdiririk. Oİfisiant qız əsəbləşir:

- Vay meeeee!

(söyüşdür,amma siz elə bilin ki, "vay dədəəə” deyir)

Xəngəl acıolsa da, çox dadlı idi. Həqiqətən də bura gəlib xəngəl yeməmiş getmək günahdır.

Batumidə məni cərimələdilər


Qayıtdıqotelə. Burada keçən günlərdə artıq səhər saat 7-də durmağa vərdiş etmişəm.İnsan vaxtını yuxuya qıymır. Elə istəyirsən ki, oyaq qalasan. Vaxtını ancaqburaları görməyə sərf edəsən.

Gecəni azyatıb səhər oyandım. Acqarına bir siqaret çəkib düşdüm bufetə. Artıq şəkiliyoldaşlarla birgə əyləşirik. Söhbətimiz əla tutur. Hamı burdadır. Hərənin əlindəbir boşqab yaxınlaşır ümumi masaya. Yeməklərdən, salatlardan seçir, çayını süzür,keçib oturur masa arxasına. Bakıda səhər yeməyimi yağ-pendirlə açan adam idim.Burada adama iştah gəlir. Həm də axı hər şey hazırdır. Kolbasa, sosiska,xiyar-pomidor, pendir, yumurta, qaymaq...

Yeməkdənsonra Namiq yaxınlaşır bizə:

- Orda demək istəmədim ki, camaatın yeməyi zəhərədönməsin, bufetdə, yeməklərin olduğu yerdə tarakan gördüm.

Hamımızınüzü turşuyur...

ArtıqBatuminin bulvarına getmək vaxtıdır. Əvvəlcə "Metro city” adlanan ticarət mərkəzinəgetməliyik, axşamüstünə yaxınsa girişi 15 lari olan yaxtada Qara dəniz turuolacaq.


"Metrocity”dən bircə bunu deyə bilərəm ki, bahalıq və kasadlıqdır. Yəni ən azı mənimüçün belədir. Qalanlarını bilmirəm. Mən burada vaxtımı itirmək istəmədim. Eləburayla üzbəüz olan bulvara çıxdım. Gördüm ki, ayaqla gəzsəm həm yorulacam, həmdə bu uzunluqdan bulvarı gəzib qurtara bilməyəcəm, yaxınlaşdım kirayə velosipedverilən yerə.

- Privet. Velosiped skolko lari? ( rusca bildiklərimelə bu qədərdir)

- Odin ças 15 lari.

15 larimiverdim, şəxsiyyət vəsiqəmi də üstündə, velosipedimi seçdim. Bulvarda qırmızı xəttayrılıb velosiped sürənlər üçün. Yoldabizimkilərlə rastlaşdım. Onlar elektron, üç nəfərlik velosiped seçmişdilər.Qırmızı xətt boyu onlarla birgə velosiped sürürdüm. Yolun bir tərəfi şəhəringözəl binaları, kafelər, bir tərəfi isə Qara dəniz. Sağıma, soluma doyuncabaxıram. Vaxtımın bitməyinə az qalmış velosipedi kirayəyə götürdüyüm yerəçataçatda velosipeddən səs gəlməyə başladı.

- Xırrrrrrrrt...

Vəssalam,zibilə düşdük.

Dayandım.Velosiped yiyələri məni görən kimi başladılar qıy-qışqırığa.

- Şto eta?

Və başa düşmədiyimbaşqa sözlər...

Nə dərdimiizah edə bilirəm, nə də başa düşürəm. Solda dayanan kişi türkcə danışmağabaşladı. Aha, türkdür deyə sevinməyə başladım. Amma bunun qışqırığı o birilərdəndə çox oldu.

- Bunlar seni bırakmazlar. Diyorlar ki, 30 larivermeli.

- Ne? 30 larimi? Benim o kadar param yok üstümde.

- Bana ne arkadaş? Onlara söyle derdini.

- Ya ben seni türk bildim, ama sen...

Sən demə butürk deyilmiş, gürcü imiş, velosipedi kirayə verənsə erməni.

- Sen 30 lariyi vermezsen, polisi arayacaklar.

- Ya ben müsafirim? Sizde müsafirə böylemiyapıyorlar?

- Sen şükr et ki, ben sana onların söyledikleriniçeviriyorum. Tercümanlığıma göre 400 lari istesem napıcaksın?

Həyəcanımbir az da artdı. Ən azı 10 dəqiqə sakitcə 30 larini verim-verməyim deyədüşündüm. Lap polis gəldi, ona da dərdimi izah edə bilməyəcəm. Həm də vaxtımboşa gedəcək. Cibimdəki son 25 larimi çıxarıb erməniyə uzatdım. İçimdə isə "halaleləmirəm” deyib kor-peşman uzaqlaşdım.

Turyoldaşlarım yavaş-yavaş görünməyə başlayır. Kimi görürəmsə başıma gələnidanışıram. Hamının da reaksiya belədir:

- Bura Gürcüstandı, jurnalist!

Axşamüstüdür...

Sahildədayandıq. Yaxtaların olduğu yerdə xeyli adam var. Biz də öz dəstəmizlədayanmışıq. Biletlərimizi isə tur bələdçiləri qabaqcadan alıb hazır qoyublar.Yaxta yaxınlaşdı, düşənlər düşdü. Yaxtaya minməyə başladıq. Qalxdıq ikinci mərtəbəsinə.Möhtəşəm mənzərədir. Günün batışı, dənizin durğunluyu, şəhərin işıqlı binalarıvə əzəmətli "Şeytan çarxı”.

Hamı yerinitutdu. Yaxta asta-asta tərpənməyə başladı.

Qəfil bir rəqqasəpeyda oldu və musiqi başladı. Özümü padşah kimi hiss edirdim. Gah əl çalırdım,gah da sakitcə dayanıb rəqqasəni süzürdüm. Bir-iki rəqsdən sonra bizim bələdçilərmeydanı ələ aldılar. Yaxtada Eyyub Yaqubovun "Azəri torpağı” adlı mahnısıeşidilməyə başladı. Sanki Azərbaycandan bir parça Qara dənizi gəzirdi. AmmaQara dəniz çırpınmırdı.

Bir azkeçdi.

Bələdçilərbizim passivliyimizi görüb meydanı qızışdırdılar.

Yallını eşidənkimi bir-bir ayağa qalxdıq. Yaxta bizi atıb-tutur, bizsə buna məhəl qoymayıbbir-birimizin əlini buraxmırıq. Bu, bizim tur camaatı ilə ilk birliyimizdir.

Niyə çox çətinliklə birləşə bilirik?!

Yaxta gəzintisisona çatır. Axşam naharının vaxtıdır. Qərar verilir ki, bulvarın sonunda "Əli və Nino” heykəlini də görək, sonra "Meduza”adlı restoranda axşam naharı edək.

Dənizkənarıbulvarın ən möhtəşəm abidələrindən biri də "Əli və Nino”nun heykəlidir.

HeykəlQurban Səidin azərbaycanlı oğlanla gürcü qızın sevgisindən bəhs edən "Əli vəNino” romanından ilhamlanaraq yaradılıb. Abidənin müəllifi heykəltəraş TamarKvesitadzedir.

Əli vəNinonun sevgi hekayəsini sizə hər bir batumili danışa bilər. Müsəlman Əli vəxristian Ninonun metal fiqurları hərəkət edir. Mexanizm elə qurulub ki, heykəllərhər gün səhər saat yeddidə hərəkətə başlayır və on dəqiqədən bir qovuşurlar.Gecələr isə, heykəllər, xüsusi olaraq quraşdırılmış vasitələrlə işıqlandırılırvə bütün proses kompüter texnologiyalarının köməyi ilə idarə olunur.

Mən Bakıdakıdostlarıma söz vermişdim ki, məhz burada onların sağlığına çaxır içəcəm. Bir azanamı xatırladı. O burda olduğum ərəfədə mənimlə yazışır, hal-əhvalımı soruşur,çox içmə, özünü soyuğa vermə deyə tənbeh edir, bir sözlə varlığını hiss elətdirir.Bir qurtum da onun sağlığana içirəm.

Sevginin, eşqin sağlığına!


Restorandayaxtadakı birliyimiz pərən-pərən düşdü. İki-iki, üç-üç əyləşdik. Mən özüməalkoqollu kokteyl sifariş etdim. Balaca səhnədə gürcülər (biz gürcülərbilirdik) mahnı oxuyurlar. Arada gürcü rəqsi də nümayiş olunur. Bələdçilər işarəetdi ki, bizim mahnılar çalınacaq, hamı rəqsə dursun. Sonra dedilər ki, ermənilərbura gəlir. Mütləq hamı oynamalıdır. Mən onsuz da rəqs etməyi sevirəm, eşitdimki, ermənilər gəlir, daha da coşdum. Özbəkyoldaşımız da çiyinlərini oynada-oynada qoşuldu mənə. Çal oynasın, vurçatlasın.

Ermənilərə acıq verdik...

Buranınofisiantları həm gürcücə bilirdi, həm türkcə, həm də rusca. Kobud deyildilər.Bu mənə nəsə qəribə gəldi. Burda bir iş var.

Hesabımızıödəyib restorandan çıxanda yağış başlayır. Tam romantik havadır. Amma mənimyanımda bığı burma kişilər gəzir. Bir anlıq tənhalığımın dibinə düşdüm.

Delfinariyaya getməliyik.


Axşam seansıolduğu üçün 20 lari pul vermişik biletə.

Qara dənizsahilində keçmiş Sovet İttifaqının ilk delfinarisi yerləşir. 1975-ci ildənburaya dünyanın müxtəlif yerlərindən turistlər gəlir. Delfinariyə giriş 15laridir ( 10 manat). Delfin şousu açıq səma altında keçirilir. Tamaşaçılar zalıamfiteatrı xatırladır. Yay aylarında delfin şousuna maraq çox olduğundan,biletləri əvvəlcədən əldə etmək məsləhət görülür. Şou üç dildə keçirilir:gürcü, rus və ingilis. Delfinlər öz təbəssümü və məharəti ilə bizdə əsl uşaqsevinci və xoşbəxtliyi oyadır. Delfin şousu unudulmaz xatirələr və müsbət əhval-ruhiyyəninzəmanətidir.

Arxamdaoturan türklər idi. Onlardan biri tez-tez yerindən qalxır, şəkil çəkdirmək üçündizləri üstə oturur və tez-tez də arxası mənə dəyər. Az qalır ki, kürəyimdəotura. Bakıda olsaydıq, buna görə indi əlli dəfə üzr istəmişdilər məndən.

Delfinlər dəridən-qabıqdançıxırlar. Amma onlardan biri deyəsən yenidir. Ya da yaşı azdır. Delfindostlarından geri qalır. Hovuzdan kənara çıxanda delfin dostları əziyyət çəkməsədə, bu balaca delfin çox əziyyət çəkir. Şou ustaları balaca delfinə bir neçə dəfəyem atsalar da xeyri olmur. Məncə, onların atdıqları yem yox, dopinq idi. Çünkiqoz boyda yemlə bu boyda delfinlər doyası deyil ki. Atdıqları dopinq idi ki,delfinləri o dəqiqə cuşa gətirirdi.

Şoununsonuna yaxın şou ustalarının bir işarəsilə delfinlər tamaşaçılar tərəfəyaxınlaşdı. Quyruqları ilə suyu o yan-bu yana dağıtmağa başladılar. Həttatamaşaçılardan bir neçəsinin üst-başı suya qərq olmuşdu. İslanan adamlar o dəqiqəzalı tərk edirdilər.

Bu tamaşadanən çox zövq alan isə uşaqlar idi...

Delfinariyadançıxıb avtobusun dayandığı yerə getdik. Bir az uzaqda idi. Biz avtobusda olandabaxdıq ki, otaq yoldaşım Həsən yoxdur. Sürücümüz Zöhrab dayı Həsənə zəng vurur,ona avtobusun yerini başa salmağa çalışır, amma rominqdə olduğu üçün balansıqurtarır. Bir az gözləyəndən sonra səbrimiz tükənir, hamı Həsəni qınamağabaşlayır. Axırda tərpənirik. Zöhrab dayı deyir ki, diribaş uşaqdır, otel dəuzaqda deyil, taksiylə gələr.

Biz oteləçatanda artıq Həsən taksiylə bizdən qabaq çatmışdı. Taksi isə hələ də ordaydı.Həsən bizdən bir az incimişdi. Ki, niyə onu gözləmədik?! Həsəndən necə gəldiyinisoruşduq.

- Taksi tapdım, erməni idi sürcüsü.

Hamnın diqqətiHəsənə kəsilir.

- Nə, erməni?

- Hə...

- Söhbət elədin?

- Hə...

- Nə deyib-elədi?

- Haralı olduğumu soruşdu, azərbaycanlı olduğumudedim.

- O nə dedi?

- Dedi, bizim sizinlə problemimiz yoxdu. Problemhakimiyyətlərdədir. Biz burada bir-birimizlə can deyib can eşidirik. Heç Ermənistandada camaat Qarabağı istəmir, əsgər getmək istəmir. Hə, bir də, mən ona get desəmdə, o gözlədi ki, siz gələsiz, sonra getsin.

Hamımızmat-məətəl Həsənə baxa-baxa qaldıq.

Oteldə öyrəndikki, oturduğumuz "Meduza” restoranı elə ermənilərin imiş...

Qeyd: Gürcüstanı bəyənsəm də, gürcüləri heç sevmədim, heç. Soyuq, quru millətdirlər. Hiss olunur ki, bizdən də zəhlələri gedir. Baxmayaraq ki, bizim neftimizlə dolanırlar.

TƏQVİM / ARXİV