Faiq QİSMƏTOĞLU: ÇƏKİL, OTURAQ!..

FAİQ QİSMƏTOĞLU
43813 | 2019-09-10 14:26

Deyirlərki, biz çox qədim və mədəni bir xalqıq. Təbii ki, bu deyimdə, bu fikirdə həqiqətçoxdur. Amma onu da deyirlər ki, həm də biz irəliyə getmək lazım olandaaylarla, illərlə götür-qoy edirik, danışırıq, söhbət açırıq, lakin bir iş hasilolmur ki, olmur. Yəni biz iş görməkdən çox, danışan dil pəhlivanlarıyıq. Dil pəhlivanıda heç vaxt gücünü, əməlini göstərə bilmir. Göstərsə də özününkünə göstərir.Müsəlmanın işi belə olar da...

Həmişəbaşqalarına baxar, düşünər ki, bəs məndə niyə həmin şeylər yoxdu? Az fikirləşər,çox fikirləşər, axırda gedib elə bir yekə işdən yapışar ki, nə qədər istəsə də,o yekə işi yerindən tərpədə bilməz. Amma ruslar, fransızlar, ingilislər, lap eləyaponlar heç vaxt yekə işdən yapışmazlar. Başlarını yekə işlərə yox,balaca işlərə qoşarlar. Tay bizim kimibaşlarını yekə işlərin içinə salıb başlarını itirməzlər. Balacanı görərlər,balaca daşı qaldırarlar, sonra ondan yekə-yekə işlər görərlər...

Məsələn,bizdə son vaxtlar zibil tullantıları üçün ayrı-ayrı qutular qoyulub. Yəni çörəyibir yerə, evdən çıxan tullantıları başqayerə, plasmas və şüşə qabları digər yeşiklərə yığmaq üçün qutular var. Və buqutular da hələ ki, şəhərin müəyyən yerlərində qoyulub. Avropalılar çox səliqəilə qutuların üstünə nə yazılıbsa, həmin yerə də o tullantıları atırlar. Vəsonradan o tullantılar çeşidlənərəkayrılır və ondan yeni məhsullar istehsal olunur, bazara çıxarılır. Bax,bizdə də gec də olsa bu addımı atmaq istəyirlər...

Mənimbir tələbə dostum var, deyir ki, həmin qutulardan bizim həyətə də qoyulub.Ancaq camaat yenə tullantıları çeşidləməyibqarışdıraraq qablara tullayır. Hətta bir neçə dəfə qonşulara iradımı bildirsəmdə, deyirlər ki, rəhmətliyin oğlu, işin-gücün yoxdu, get öz işinlə məşğul ol!İndi köhnə bazara təzə nırx qoyacaqsan?

Bu zibilki, var, çox qəliz şeydi. Bizim millət də zibili necə gəldi tullayır. Məsələn,bir də görürsən ki, getdiyin yerdə 9-cu mərtəbədən sellofan torbanın içərisindətullantı olan zibili yuxarıdan aşağı atdılar. Düz gəlib düşür sənin ya başına,ya da ayaqlarının altına. Başını qaldırıb yeddi mərtəbəli bir söyüş söymək istəyirsən.Həmin adam da eyvandan tez çəkilib gedir və bilmirsən bu zibili atan kimdir?!

... Hələbəzən görürsən ki, biri sellofan torbalara yığılmış tullantını düz gətiribqoyur blokun keçidindəki yerə. Elə bizimYeni Günəşlidəki massiv "D”dəki 13-cü binada olduğu kimi. Belə ki, binamızın4-cü blokunda yanğın çıxışı var. Kimlərsə hər gün həmin çıxış yerinə sellofantorbalarda yığılmış zibili gətirib qoyur ora. Camaat da bunu görüb həmin adamınyeddi arxa dönənini sulayır. Və hələ həmin adamın da kim olduğu bu günə qədərbilinmir ki, bilinmir.

Bu azmışkimi səhər və axşam saatlarında su gələndə binaların damındakı çənlər dolur, sudoqquzuncu mərtəbədən aşağı elə tökülür ki, sanki leysan yağış yağır. Kimə dədeyirsən ki, balam, çəninin suyu aşıb yuxarıdan aşağı tökülür, heç kim boynuna almır. Hansı ki, binanın sədriMəsim Məmmədov çəni aşıb suyu həyətə tökülən adamları dəfələrlə xəbərdarlıqedib. Ancaq onlar bu xəbərdarlığı bu qulağından alıb o biri qulağından verirlər.Çünki müsəlmanın işi həmişə belə olur: "əşi, boş şeydi, su ki, mənim təpəmətökülmür, altda qalanın canı çıxsın!”

... İndibu xırda gəzişmədən sonra keçək əsas məsələyə: yəni çəkil, oturaq! – söhbətinə.Bayaq dedik axı, biz çox qədim və zəngin mədəniyyətə malikik. Bəlkə də bukeçmişdə belə olub. Amma bu gen tam fərqli mənzərələr görürük. Məsələn, görürükki, ictimai nəqliyyatda – metroda, avtobusda nə qocaya hörmət var, nə xəstəyə,nə də hamilə qadına. Qoca ayaq üstə dayana bilmir, hamilə qadın əziyyət çəkir,xəstə adam qıvrıla-qıvrıla qalır, nə metroda, nə da avtobusda çox adamlaronlara yer vermir. Yer verən yenə yaşlı nəslin nümayəndələri olur. Onlardan dabiri qocaya, xəstəyə, hamilə qadına yer verməyən gəncə irad tutanda o gənc dədeyir ki, oturmaq mənim hüququmdu və heç kimə də borclu deyiləm ki, qalxıb yerverim.

Qalxıbyer verən gənclər də az deyil. Amma yer verməyənlər daha çoxdu. Heç onları daindi o qədər qınamalı deyil ey! İndiki gənclik 30-40 ilin bundan əvvəlkicavanları deyil. Onların çoxunun əsəbi pozulub. İşi, gücü, dolanışığı yaxşıdeyil. Bunlar hamısı gəncin ovqatına təsir eləyir, axı!

... Birdə görürsən ki, bir adam metroda, avtobusda yayxanıb elə oturub ki, elə bilteatrda gözəl bir tamaşaya baxır. Hələ yayxanıb oturması bir yana, əlindəkiçantanı da yanındakı boş yerə qoyub oranı da "zanit” edib. Biri də gəlib əyləşməkistəyəndə heç tükləri də tərpənmir. Sanki evində divanda əyləşib. Xüsusən dəorta yaşlı qadınlar necə gəldi avtobusda, metroda əyləşir, ayaq üstə duran sərnişinbarədə qətiyyən düşünməz. Müsəlmanın işi belə olar da...

Dünən səhər39 nömrəli avtobusla işə gələrkən belə bir səhnənin şahidi olduq. Metronun"Elmlər Akademiyası” stansiyasının yaxınlığındakı avtobus dayanacağının yanındakımarşrutda işləyən avtobusa mindik. Qabaqda bir qadın sağ tərəfdə oturubçantasını da sol tərəfə qoymuşdu. Yəni boş yeri də tutmuşdu. Bir qadın salonagirdi, boş yer axtardı. Elə həmin an qadının çanta qoyduğu yeri gördü. Bir müddətbir şey demədi, onun başının üstündə dayandı. Gördü ki, qadın ayağa qalxıb onunboş yerə keçməyinə imkan vermir, əsəbi halda dilləndi:

-Bayaqdan iki dəqiqədi başının üstündə durmuşam ki, çəkiləsiniz, keçim sol tərəfə.Siz də nə yerinizdən tərpənirsiniz, nə dəçantanızı götürürsünüz. Çəkil, geçib oturaq!

Əyləmişqadın ağzını açıb gözünü yumdu:

- Əcəbeləyib çantamı ora qoymuşam, əlimin içindən gəlir, mənim kefim belə istəyir,belə də otururam!..

Qadınyeddibaşlı əjdaha kimi od püskürürdü. Axırda sürücü bu səhnəni görüb od püskürənqadına dedi:

- Burasizin eviniz deyil, ictimai nəqliyyatdı. O da sizin kimi pul verib avtobusaminir. Çəkilin qırağa, xanım əyləşsin!..

Sürücününvə sərnişinlərin narazılığından, iradından sonra qadın ayağa qalxdı, çəkildi və o biri qadında keçib əyləşdi onun çanta qoyduğu yerdə. Bax, biz belə millətik. Həmişəözümüzün rahatlığını düşünmüşük. Elə onagörə də bu günə qalmışıq. Müsəlmanın işi belə olur da...

... Vəbir də böyük Mirzə Ələkbər Sabir deyib:

Millətnecə tarac olur-olsun, nə işim var?!

Düşmənlərəmöhtac olur-olsun, nə işim var?!


TƏQVİM / ARXİV