adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
10 Sentyabr 2019 14:20
28225
DÜNYA
A- A+

Rusiya BMT-nin qərargahını ABŞ-dan köçürmək istəyir

Rusiya viza müharibəsi səbəbindən BMT-nin qərargahını ABŞ-dan köçürməyi təklif edə bilər. TASS-ın verdiyi xəbərə görə, belə bir bəyanatla Rusiya prezidentinin informasiya təhlükəsizliyi sahəsində beynəlxalq əməkdaşlıq məsələləri üzrə xüsusi nümayəndəsi Andrey Krutskix çıxış edib.

Onun sözlərinə görə, Vaşinqton vaxtaşırı həm Rusiya nümayəndələrinə, həm də digər dövlətlərə viza verməyərək BMT-də diplomatik prosesin normal işinə mane olur. "Onu da vurğulayım ki, ABŞ-a səfər etməyimizi istəmirik, biz BMT-yə gedirik" - deyə Krutskix qeyd edib. Məhz buna görə də belə davam edərsə, Rusiya ən azı mühüm beynəlxalq danışıqlara görə ABŞ-dan köçürülmə məsələsini qaldırmağa hazırdır.

Sentyabrın 4-də Amerika səfirliyi öz saytında Rusiya hökumətinin viza proseduruna məhdudiyyətlər tətbiq etdiyini yazıb. Məlumatda o da bildirilir ki, «Vaşinqtondakı Rusiya səfirliyinin yeni konsulluq əməkdaşlarına viza vermək istəməməsi işi çətin vəziyyət salır».

Onu da xatırladaq ki, iyulun ortalarında Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov Vaşinqtonun Rusiyaya qarşı viza müharibəsi başladığını söyləmişdi. Onun sözlərinə görə, diplomatlara qarşı başladılan viza müharibəsi inzibati və texniki heyətə də öz təsirini edib.

MEHRİBAN