adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
10 Sentyabr 2019 13:23
13939
MƏMLƏKƏT
A- A+

Gəncədə polis məscidə gələnləri yoxlayır - FOTO

Gəncədə Aşura mərasimləri ilə əlaqədar təhlükəsizlik tədbirləri həyata keçirilir.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Gəncədə Aşura mərasiminin təhlükəsiz və dinc şəkildə keçirilməsi üçün Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları gücləndirilmiş iş rejimində çalışır. Ötən gün günorta saatlarından etibarən şəhərin Şah Abbas məscidi ilə yanaşı dini mərasimlərin keçiriləcəyi digər məkanlarda da təhlükəsizlik tədbirləri görülüb.

Hazırda əhali İmamzadə Dini Kompleksində keçirilən dini mərasimlərə qatılaraq dini ayinləri erinə yetirirlər. Kompleksə gedən yollarda tıxacların yaranmaması üçün şəxsi avtomobil vasitələrinin hərəkəti məhdudlaşdırılıb və avtomobillər üçün xüsusi dayanacaq yerləri ayrılıb. DYP əməkdaşları tərəfindən yollarda sürücülər bu haqda məlumatlandırılıb. Sonda polis əməkdaşları könüllü, qan vermə aksiyasında iştirak ediblər.